Ən çox satılan fərdi inkişaf kitabının müəllifindən QİYMƏTLİ TÖVSİYƏLƏR | Banco.az

Ən çox satılan fərdi inkişaf kitabının müəllifindən QİYMƏTLİ TÖVSİYƏLƏR

Tamara Mustafayeva, Banco.az

Guy Finley 22 fevral 1946-cı ildə Amerikada dünyaya gəlib. Karyerasına musiqiçi kimi başlayan Guy Finley “Motown Records” yarlığı ilə fəaliyyət göstərən ilk ağ dərili rok ifaçısı olur. Böyük sərvətə sahib olsa da, həyatında nəyinsə əksik olduğunu düşünərək musiqini tərk edir. Hindistan və Uzaq Şərq ölkələrində hökm sürən dini-fəlsəfi düşüncəni araşdırmaq üçün yola çıxır. 1990-cı illərdə isə bu mövzuda yazmağa başlayır. “Mənəvi bələdçilik”lə bağlı yazan Guy Finleyin nəşr olunmuş 15, pdf formatında isə 4 kitabı mövcuddur. Qeyd edək ki, dünyanın ən çox satılan “The secret of letting go” (“Vaz keçməyin sirri”) adlı fərdi inkişaf kitabının müəllifi də məhz odur.

“İnsanın öz halına acıması təsirini yavaş-yavaş göstərən zəhər kimidir. Əvvəl çürüdər, daha sonra da qəlbinizi qaranlıq və lazımsız duyğularla boğaraq məhv edər.”

“Yaxşı hadisələr hər şeyin yaxşı olduğuna inanan insanların başına gəlir.”

“Əslində hər şey bizim üçün səbr kasasını daşıran sonuncu su damcısı ola bilər.”

“Xoşbəxtlik və hüzur mənbəyini sadəcə həyatda olmağınız həqiqətində tapsanız, özünəməxsus mənliyinizi geri qazanmaq yolunda doğru addım atmış sayılırsınız.”

Ən sərfəli kredit üçün müraciət et

“Dahilik azadlığın toxumudur, ancaq təkcə hərəkətə keçdiyiniz zaman onun çiçək açdığını görə bilərsiniz.”

Həmçinin oxu: Özünə inam hissi haqqında doğru bildiyimiz yanlışlar

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram