Ən aşağı nağdlaşdırma hansı bankdadır? | Banco.az

Ən aşağı nağdlaşdırma hansı bankdadır?

Plastik kartlar bankların bizlərə təqdim etdiyi rahat məhsullardan biridir. Plastik kartlar və ya ödəmə kartları - vəsait ödəniməsində istifadə edilən müasir texniki imkan - özünəməxsus "elektron pul"dur. Ənənəvi nəğd pul vəsaitindən bir çox xüsusiyyətlərinə görə üstün hesab edilir.

Bankların fiziki və hüquqi şəxslərə təqdim etdiyi müxtəlif plastik kartlar vardır. Bunlar, əsasən üç yerə ayrılır:

Kredit kartlar (ingilis: Credit Cards) - hesablaşma zamanı nəğd kredit istifadə imkanını yaradır.

Ödəmə kartları (ingilis: Charge Cards) - hesablaşmanın asan yolunu təmin edən kartlar.

Debet kartlar -bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması.

Biz bu gün sizə bankların təqdim etdiyi debet kartların nağdlaşdırma faizlərindən söhbət açacağıq. 

Hazırda banklarımız əsasən AzeriCard və MilliKart prosesinq mərkəzləri işlə işləyir. Kapital Bank, Bank Standard, VTB Bank və Yapı Kredi Bank Azərbaycan isə özlərinin ayrıca prosessinq mərkəzini yaratmışdır.

Bunu bilməyin nə kimi əhəmiyyəti var?

Belə ki, hər bir bank özünə məxsus faiz dərəcələri təqdim edir. Siz kartınızdakı vəsaiti nağdlaşdıran zaman yaxşı bilməlisiniz ki, sizdən neçə faiz komisyon tutulacaq. 

Milli Kart prosessinq mərkəzinə aid olan banklarda nağdlaşdırma zamanı tutulan faiz dərəcələri aşağıdakı kimidir:

Bank

Kart adı

Öz ATM-də (%)

Digər bankların ATM-də (%)

AccessBank

Visa Electron / Maestro

1%

1,5%

ASB Bank

Visa Electron / Maestro

pulsuz

2%

Azər-Türk Bank

Mastercard Maestro

1%

1,5%

BankofBaku

Visa Electron / Maestro

1%

1,5%

DəmirBank

Visa Electron / Maestro

1%

1,5%

Express Bank

Visa Electron / Maestro

1%

2%

KredoBank

Visa Electron

1%

1,5%

Unibank

MasterCard Standard / Visa Classic

1%

1,5%

ZaminBank

Visa Electron

1%

1,5%

ASB Bank digər bankların bankomat və ofislərindən 2% komisyon dərəcəsi tutsa da, Milli Karta aid olan Bankların bankomat və ofislərindən 1,5% dərəcəsi tutur. Bank of Baku Milli Karta aid olan Banklardan 1,3%, Express Bank isə 1,5% dərəcəsi tutur. 

ASB Bank yeganə bankdır ki, öz bankomatında həyata keçirilən nağdlaşdırılma prosesi zamanı faiz dərəcəsi tutmur.

AzəriCard prosessinq mərkəzinə aid olan banklarda nağdlaşdırma zamanı tutulan faiz dərəcələri aşağıdakı kimidir:

Bank

Kart Adı

Öz ATM-də (%)

Digər bankların ATM-də (%)

AFB Bank

Visa Electron / Maestro

1%

1,5%

AG Bank

Visa Electron / Maestro

1%

1,5%

Amrah Bank

Visa Electron / Maestro

1%

1,5%

Ata Bank

Visa Electron / Maestro

1%

1,5%

Atra Bank

Visa Electron

1%

2%

Bank Avrasiya

Visa Electron / Maestro

1%

1,5%

Bank BTB

Visa Electron

1%

1,5%

Bank of Azerbaijan

Mastercard Maestro

1%

1,5%

Bank Respublika

Visa Electron

1%

1,5%

Bank Silk Way

Visa Electron / Maestro

0,80%

1,5%

Bank Technique

Visa Electron / Maestro

0,50%

1,5%

Beynəlxalq Bank

Visa Electron / Maestro

1%

1,5%

Deka Bank

Visa Electron

1%

1,5%

Muğan Bank

Visa Electron

1%

3%

NBC Bank

Visa Electron / Maestro

1%

1,5%

Nikoil bank

Visa Electron / Maestro

1%

1,5%

Para Bank

Visa Electron

1%

2,5%

Qafqaz İnkişaf Bankı

Visa Electron

1%

1,5%

Rabitə Bank

Visa Electron

1%

1,5%

Turan Bank

MasterCard Standard

1%

1,5%

United Credit Bank

Visa Electron

1%

1,5%

Xalq Bank

Visa Electron / Maestro

1%

1,5%

Ən sərfəli kredit üçün müraciət et

Beynəlxalq Bank pensiya və əmək haqqı kartlarında öz bankomatlarında faiz tutmur. 

Muğan Bank AzəriCard-a daxil olan digər bankların bankomat və ofislərindən nağdlaşdırma zamanı 1,5% komisyon haqqı tutur. Eyni proses Para Banka da aiddir. 

Əvvəldədə qeyd etdiyimiz kimi,  Kapital Bank, Bank Standard, VTB Bank və Yapı Kredi Bank Azərbaycanın ayrıca prosessinq mərkəzləri var. Bu Banklar nə Milli Kart, nə də Azəricard-a aiddir.

Adlarını sadaladığımız banklarda nağdlaşdırma zamanı tutulan faiz dərəcələri ilə tanış olun:

Bank

Kart adı

Öz ATM-də (%)

Digər bankların ATM-də (%)

Kapital Bank

Visa Electron / Maestro

1%

1,5%

Bank Standard

MasterCard Standard /
 Visa Classic

1%

1,5%

VTB Bank

Visa Electron

1%

1,5%

Yapı Kredi Bank Azərbaycan

World Card (MasterCard)

2%

2,5%

Kapital Bank-ın əmək haqqı kartlarında öz bankomatlarından edilən çıxarış zamanı fazi dərəcəsi tutulmur.

Qeyd etmək istərdim ki, kart növlərini seçərkən ən sərfəli olanları seçmişik. Məlumatlar isə bankların rəsmi veb saytlarından və məlumat mərkəzlərindən alınmışdır. 

Əgər siz Visa Electron/Maestro kartları almaq istəyirsinizsə, buraya daxil olaraq, qiymətlərlə tanış ola bilərsiniz.

Hər bir halda çalışın, nağdlaşdırma əməliyyatlarınızı öz bankınızın bankomatlarında həyata keçirəsiniz. Pulunuz cibinizdə qalsın. ;) 

Günel Abduraxmanova / Banco.az