Dünyanın ən yaşıl şəhərlərinın adları məlum olub | Banco.az

Dünyanın ən yaşıl şəhərlərinın adları məlum olub

İsveçin "Husqvarna Group" və Niderlandın "Overstory" şirkətləri kompüter görüntüsü və peyk şəkillərinin dərin öyrənmə üsullarını tətbiq etməklə dünya şəhərlərində yaşıl sahələrin payına, şəhər bitki örtüyünün orta sağlamlığı və insanlar arasında paylanmasına görə yaşıllaşma indeksini ("Husqvarna Urban Green Space Index" – HUGSI) müəyyənləşdiriblər.

2021-ci ilin əvvəlinə dünyanın ən yaşıl şəhəri ABŞ-ın Şimali Karolina ştatının ən böyük şəhəri sayılan Şarlottdur. Sözügedən şəhərin yaşıllıq səviyyəsi 81,12 bəndlə qiymətləndirilib (maksimum – 100). Belə ki, yaşıl sahələrin şəhərin ümumi ərazisinin 68%-ni əhatə edir.

İkinci pillədə 79,28 bəndlə Cənubi Afrikanın Durban şəhəri qərarlaşır. Burada ümumi yaşıllıq şəhərin 59%-ni təşkil edir. Üçüncü yerdə isə 77,96 bənd ilə qiymətləndirilən Litvanın paytaxtı Vilnüs şəhəri oldu. Hesablamalara görə, yaşıllıq sahələri şəhərin 62%-ni əhatə edir.

Renkinqin aşkar autsayderləri isə 155-152-ci mövqelərdə qərarlaşan Perunun Lima şəhəri (0,21 bənd, yaşıllaşma – 4%) Pakistanın Kəraçi şəhəri (0,39 bənd, yaşıllaşma – 6%), BƏƏ-nin Dubay şəhəri (0,41 bənd yaşıllaşma – 4%) və Kotdivuarın Abican şəhəridir (0,84 bənd, yaşıllaşma – 18%).

HUGSI-ə görə dünyanın ən yaşıl 10 şəhəri:

#

Şəhər

Ölkə

İndeks, bənd

Yaşıl sahələrin payı, %

1

Şarlott

ABŞ

81,12

68

2

Durban

Cənubi Afrika

79,28

59

3

Vilnüs

Litva

77,96

62

4

Dortmund

Almaniya

77,34

58

5

Krakov

Polşa

76,92

57

6

Ştutqart

Almaniya

76,84

59

7

Ostin

ABŞ

75,4

55

8

Vürtsburq

Almaniya

74,4

57

9

Sürix

İsveçrə

73,45

49

10

Heydelberq

Almaniya

73,38

52

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram