Müəllif - Aida İsaq, Banco.az
Rusiyanın Yakutsk şəhərində şaxtalı soyuqlar həyatın gedişatına təsir etmir.
Banco.az xəbər verir ki, dünyanın ən soyuq şəhəri kimi tanınan Yakutsk Sibir bölgəsində yerləşir. Şaxtalı soyuğa baxmayaraq, Yakutskda həyat qaldığı yerdən davam edir. Şəhərdə yaşayan 250 min insan bu soyuğa öyrəşib. Havanın temperaturu mənfi 52 dərəcədən aşağı düşməyənə qədər məktəblər və dövlət müəssisələri tətilə buraxılmır. Əhalisi Moskva və avropalılardan bir qədər fərqli geyimlərdən istifadə edirlər. Belə ki, insanlar isti saxlayan təbii materiallardan hazırlanan paltarlara üstünlük verirlər. Eyni zamanda soyuqdan qorunmaq üçün qida ilə bəslənmə tərzinə də xüsusi əhəmiyyət verirlər.
Bizi sosial şəbəkələrdən izləyin!!