Dünyanın ən çox turist cəlb edən şəhərləri bəlli olub | Banco.az

Dünyanın ən çox turist cəlb edən şəhərləri bəlli olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Mastercard” tərəfindən aparılan araşdırmaya görə, Qlobal Şəhər Destinasiyaları İndeksi müəyyən edilib.

Banco.az xəbər verir ki, bir gecəlik səfərlər və transsərhəd xərcləri nəzərə alınmaqla tərtib edilən siyahı dünyanın ən populyar şəhərlərini ortaya qoyur.

Sözügedən siyahı sübut edir ki, illərdir turistlərin böyük marağına səbəb olan bu şəhərlərin əsas spesifik xüsusiyyəti müxtəliflikdir. Çünki insanlar adətən səyahət etmək istədikləri şəhərləri təklif edilən attraksionlara və ətraf mühitin müxtəlifliyinə görə seçirlər. Siyahının aparıcı şəhərləri də öz fərqli həyat tempini, zəngin və bənzərsiz mədəniyyətini və təcrübələrini vəd edir.

Bu siyahıya əsasən, dünyanın ən çox ziyarət edilən 10 şəhəri aşağıdakılardır:

  1. Banqkok (Ümumi beynəlxalq səyahətçilər: 22,78 milyon)

  2. Paris (Ümumi beynəlxalq səyahətçilər: 19,10 milyon)

  3. London (Ümumi beynəlxalq səyahətçilər: 19,09 milyon)

  4. Dubay (Ümumi beynəlxalq səyahətçilər: 15,93 milyon)

  5. Sinqapur (Ümumi beynəlxalq səyahətçilər: 14,67 milyon)

  6. Kuala Lumpur (Ümumi beynəlxalq səyahətçilər: 13,79 milyon)

  7. Nyu-York (Ümumi beynəlxalq səyahətçilər: 13,60 milyon)

  8. İstanbul (Ümumi beynəlxalq səyahətçilər: 13,40 milyon)

  9. Tokio (Ümumi beynəlxalq səyahətçilər: 12,93 milyon)

  10. Antalya (Ümumi beynəlxalq səyahətçilər: 12,41 milyon)

Gəlin dünyanın ən çox ziyarət edilən 4 şəhərinə bir qədər ətraflı nəzər salaq:

1. Banqkok

6,7 milyon əhalisi olan bu şəhər Manam çayının sahilində yerləşir və Tailandın paytaxtı olmaqla yanaşı, həm də ölkənin əsas liman şəhəridir.

2021-ci ildə 22 milyon insan bu ecazkar şəhəri ziyarət edib. Bəli, 22 milyon insan məhz bu şəhərə axın edir, həqiqətən də ovsunlayıcı faktdır. Üstəlik bu Banqkok üçün yenilik deyil, belə ki, şəhər artıq beşinci dəfədir ki, siyahının zirvəsindədir.

Banqkok turistlərə füsunkar sahil zolağı, əzəmətli beton göydələnlər və qızılı məbədlərə qədər olduqca müxtəlif mənzərələr təqdim edir.

Ən sərfəli kredit üçün müraciət et

2. Paris

Ritz Paris Christmas 2020: The festive activities of the historic hotel -  Travel My Day Blog

“Sevgi şəhəri”nin siyahıda 2-ci yeri tutması heç də təəccüblü deyil. Fransa dünyanın ən çox ziyarət edilən ölkələrindən biri olduğu kimi, ölkənin möhtəşəm paytaxt şəhəri Paris də öz növbəsində bir neçə dəfə ən çox səyahət edilən şəhərlər siyahısında birinci yeri tutub. 2021-ci ildə bu şəhərə 19 milyon beynəlxalq turist səfər edib.

Parisin romantik atmosferi, zərif bulvarları və xəyalpərəst memarlığı sizi bu şəhərə məftun edəcək.

3. London

Driving into London at Christmas: how to avoid charges

Həm Britaniyanın, həm də Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı hesab edilən London sözügedən dövrdə 19 milyon beynəlxalq turistə ev sahibliyi edib.

Bu heyranedici paytaxtı şəhər gözəl orta əsr binaları və bir çox turistik yerləri ilə qotik çalarlara malikdir. 

4. Dubay

Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri olan və tarixi 11 əsrə qədər gedib çıxan Dubay 2021-ci ildə 15,9 milyon beynəlxalq turist qəbul edib. Siyahının 4-cü pilləsində olsa da, cari ildə turizm rekordları qırmağa davam edir. Belə ki, şəhərdə 2022-ci ilin birinci rübündə otellərin doluluq nisbəti 82% təşkil edib. Pandemiya məhdudiyyətlərinin yenicə ləğv edildiyi bir dövrdə bu göstəriciyə nail olmaq həqiqətən də valehedicidir.

Dubay səhralıqdan yaranan möhtəşəm göydələnlər və dəbdəbəli yaşayış yerləri ilə yoxdan var olan dəbdəbənin əzəmətini təqdim edir. Dubay həqiqətən möcüzələr şəhəridir, çünki bir şəhər daxilində demək olar ki, hər şeyi - yandırıcı səhralardan tutmuş möhtəşəm çimərliklərə və süni qarda xizək sürməyə qədər populyar turistik fəaliyyətləri sınaqdan keçirmək mümkündür.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram