Dünyanın ən böyük pərakəndə şirkəti ciddi dəyişikliyə imza atıb | Banco.az

Dünyanın ən böyük pərakəndə şirkəti ciddi dəyişikliyə imza atıb

Dünyanın ilk pərakəndə şirkətlərindən biri olan və 1990-cı ildən bu günədək internetdə fəaliyyət göstərən Overstock, blockchain və kripto sferasına daxil olmaq qərarı aldı.

Şirkətin CEO-su Patrik, Overstock-un bütün e-ticarət bölümünü satacaqlarını və gəlirləri blockchain və kripto pullara istiqamətləndirməyi planladıqlarını bildirib. Əslində Overstock 2014-cü ildən bitcoin ödəməsi qəbul edən ilk pərakəndə şirkətlərindən biridir. Belə olduqda şirkətin ani qərarı heç də təəccüb doğurmur.

Overstock-un özünəməxsus Medici Ventures adlı kompaniyası mövcuddur. Bu quruluş əsas etibarilə blockchain və kripto pullara yatırım etməkdədir. 2014-dən bu günədək Overstock şirkətə 170 milyon dollara qədər sərmayə qoyub. Təəssüf ki, quruluş hələ şirkətə heç bir xeyir verməyib. Bundan əlavə Medici Venturesin tərkibində yer alan tZero proyekti ayda 2 milyon dollar itirməkdədir. Amma şirkət rəhbəri bunun heç bir önəm daşımadığını və gələcəkdə, əksinə blockchain və sərmayə bazarları üçün böyük rol oynayacağını qeyd edib. Bundan əlavə Patrik blockchainin uğuruna inansa da kripto pullardan çox şey gözləmədiyini vurğulayır.

Ən sərfəli kredit üçün müraciət et

Overstock-un hissə paylarının satışının 2019-cu ildə başa çatacağı bildirilsə də hissədarlar haqda məlumat verilmir.

Nəcibə Yusifova, Banco.az