Müəllif - Aida İsaq, Banco.az
Dolların uzun illər öz üstünlüyünü qorumasının səbəbləri məlum olub.
Banco.az xəbər verir ki, Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının sosial elmlər institutunun dosenti Nikolay Kulbaka bu barədə fikirlərini bölüşüb. Ekspert ilk olaraq dolların uzun illər ərzində dünyada vahid valyuta kimi tətbiqini qeyd edib. İkinci mərhələdə N.Kubaka müvafiq əsas valyutanın arxasında dünya ÜDM-ə töhfələr verə biləcək güclü iqtisadiyyata sahib olmasını vurğulayıb. Digər tərəfdən isə, onun sözlərinə görə, dolların stabil tarixi var. Ona görə də yaxın 5-10 ildə dolların başqa valyuta ilə əvəz olunması mümkünsüz görünür.
Ekspert əlavə olaraq bildirib ki, dünya ehtiyatlarının təxminən 60%-nin Amerika valyutasında cəmləşməsi və ödənişlərin böyük hissəsinin dollarla həyata keçirilməsi müvafiq valyutanın mövqeyini daha da gücləndirir.
Bizi sosial şəbəkələrdən izləyin!!