Dünya İqtisadi Forumu təmiz enerjiyə keçidin zəif irəlilədiyini bəyan edib | Banco.az

Dünya İqtisadi Forumu təmiz enerjiyə keçidin zəif irəlilədiyini bəyan edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya İqtisadi Forumu (DİF): Təmiz enerjiyə keçid zəif irəliləyir.

Banco.az xəbər verir ki, Dünya İqtisadi Forumunun (DİF) Enerji Keçid İndeksindən (ETI) istifadə edərək “Accenture” ilə əməkdaşlıq çərçivəsində 120 ölkənin cari enerji sistemlərini və enerji tranformasiya performansını təhlil etdiyi “Effektiv Enerji Keçidinin Təşviqi” 2024 hesabatı dərc olunub.

Bu il sayca 14-cüsü nəşr olunan hesabata görə, dünyada daha təhlükəsiz, dayanıqlı və ədalətli enerji sisteminə transformasiyada irəliləyiş davam edir, lakin qlobal miqyasda artan qeyri-müəyyənliklər səbəbindən bu transformasiyanın tempi yavaşlayır.

Hesabatda araşdırılan 120 ölkədən 107-də ötən 10 ildə enerji keçidində irəliləyiş müşahidə edilsə də, iqtisadi dalğalanmalar, artan geosiyasi gərginliklər və texnoloji inkişaflar enerji keçidinin sürətini və gedişatını çətinləşdirən təsirlər yaradıb. Digər tərəfdən, bərpa olunan enerji mənbələrinə qlobal investisiyaların artması və son 10 ildə Sub-Sahara Afrikasında enerji keçid performansının əhəmiyyətli dərəcədə yaxşılaşması nikbin inkişaflar kimi diqqəti çəkir.

Ən sərfəli kredit üçün müraciət et

Hesabatda istifadə edilən ETI balları ötən il rekord səviyyəyə çatsa da, ilk dəfə 2022-ci ildə aşkar edilən enerji keçidi sürətindəki yavaşlama 2023-cü ildə daha da güclənib. Belə ki, 2021-2023-cü illərdə qlobal ETI ballarının üç illik yaxşılaşması əvvəlki üç illik dövrdəki artımdan təxminən dörd dəfə azdır. Bu il sözügedən 120 ölkənin 83 faizi enerji keçidindəki əsas performans tədbirlərindən ən azı birində ötən illə müqayisədə aşağı nəticə əldə edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et