Dünyanın bir neçə nəhəng bankı, yeni kriptovalyutanın və blokçeyn texnologiyası əsasında çalışacaq ödəniş sisteminin yaranması üçün 50 milyon dollar vəsait ayırıb.
Utility Settlement Coin layihəsi - UBS Group AG bankı və London texnoloji start-up-ı Clearmatics tərəfindən 2015-ci ildə təqdim edilmişdir.
Yeni layihənin idarəsi Fnality şirkətinə həvalə edilib. Layihənin həyata keçməsi üçün bir neçə bank investor olaraq çıxış edəcək. İlk zamanlar investorlar siyahısında; UBS, Bank of New York Mellon, Credit Suisse, Barclays, Banco Santander, HSBC и Deutsche Ban kimi dünya nəhənglərinin adı hallanıb.
Günel Gözəlova, Banco.az