Beynəlxalq valyuta birjalarında Amerikadan dərc edilən istehlak kreditləri ilə bağlı sürpriz mənfi göstəricilər dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşmasına səbəb olub.
Nəticədə EUR/USD və GBP/USD məzənnələri yenidən müvafiq olaraq 1.08 və 1.24$-ın üzərində ticarət edilir, qızılın və Bitkoinin qiymətin də güclü bahalaşma müşahidə edilir.
ABŞ-dan önəmli göstəricilər açıqlanacaq
Amerika iqtisadiyyatı ilə bağlı bugünə kimi açıqlanan sürpriz göstəricilər bu gün Bakı vaxtı ilə saat 16:30-da dərc ediləcək əmək bazarı ilə bağlı göstəricilərin də proqnozlaşdırılandan pis açıqlanması ehtimallarını artırır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!