[Dizayn Hekayəsi] Təməllər: Galaxy S23 seriyası | Banco.az

[Dizayn Hekayəsi] Təməllər: Galaxy S23 seriyası

Samsung Electronics-in yeni Galaxy S23 seriyası istifadəçilərə ekoloji, premium smartfon təcrübəsi təqdim edir. Lazımsız elementləri aradan qaldırmaq və üstünlüyü keyfiyyətə verməklə, Galaxy S23 seriyası Samsung-un özünün də yaxın tutduğu dəyərləri, məsələn, hər kəs üçün daha yaxşı gələcək naminə resurs dövriyyəsini təcəssüm edir.

Samsung Newsroom, yeni flaqman seriyasının fərqli dizaynının formalaşması haqqında daha çox bilgi əldə etmək üçün Galaxy S23 seriyasının bəzi dizaynerləri ilə söhbət edib.

Ekologiya hədəfli premium smartfon

Xahiş edirik, Galaxy S23 seriyasının “Təməlləri yaradın” adlı dizayn mövzusunu açıqlayasınız.

Bizim hədəfimiz sırf smartfonun mahiyyətinə köklənmiş dizayn yaratmaq idi. Həddindən artıq lazımsız detalların daxil edilməsi istehsalda israfa gətirib çıxarır, buna görə də biz Galaxy S23 seriyasının dizaynında yalnız cihazın təməlini təşkil edən əsas tələblərə əməl etmək qərarına gəldik.

Bu yanaşma Samsung Galaxy dizayn prinsiplərinin ümumi istiqaməti ilə nə cür uyğunlaşır?

Samsung Galaxy S seriyası premium dizayn anlayışının əsl mahiyyəti üzərində qurulmuş məhsul çeşididir. Galaxy S23 seriyası üçün təkcə möhtəşəm dizayn elementləri ətrafında deyil, həm də bütövlükdə bunun dünyaya təsirinə dair geniş müzakirələr apardıq. Resurs dövriyyəsi və eko-düşüncənin gündəlik həyatın ön sıralarında yer aldığı bir dövrdə yaşadığımıza görə biz də hiss edirik ki, bütün dünya öz prioritetlərini ekoya doğru dəyişdiyi üçün dizaynerlər də bu dəyərlərə söykənməlidir. Bizim dizayn yanaşmamız özündə cəsarətli dizayn qərarları və gələcəyə dair fikirləri aktiv şəkildə cəmləşdirir.

Galaxy dizayn komandasının həm insanları, həm də planeti nəzərə alan dizaynlar yaratmaqda hədəfləri nədir?

Bizim yanaşmamızı 5 hədəf şəklində ümumiləşdirmək olar. Birincisi, son istifadəçi məmnuniyyəti üçün dizaynlarımızda "təməl yaratmağı" hədəfləyirik. İkincisi, resurs dövriyyəsi təşəbbüslərinə dəstək olaraq biz istehsaldan tutmuş istifadə və utilizasiyaya qədər məhsulun bütün həyatı boyunca “dövriyyə yaratmaq” istəyirik. Üçüncüsü, dizaynlarımızı sadələşdirmək və sonradan resurs tullantılarını və istehsal xərclərini azaltmaq üçün “standart yaratmağa” çalışırıq. Dördüncüsü, təmirəyararlı həllər irəli sürməklə “uzunömürlülük yaratmağa” can atırıq. Nəhayət, ekoloji dəyərlərə söykənərək dizayn proseslərimizin ölçü vahidlərini müəyyənləşdirməklə “şəffaflıq yaratmağı” hədəfləyirik. Bütün Samsung Galaxy dizaynerləri bu beş məqsədi rəhbər tutur.

Dizayn komandasının bu məqsədlərə necə əməl etdiyi barədə daha çox məlumat verə bilərsinizmi?

Üzərimizə götürdüyümüz bütün layihələr qısa müddətli nəticələr əvəzinə uzunmüddətli görüşü nəzərə alır və dizaynlarımızda təkrar emal materiallarının aramsız istifadəsini təmin etmək üçün həmin istehsalçılarla sıx əməkdaşlıq edirik. Biz həmçinin hər bir layihəni fərqli ideya və perspektivlərlə daha da canlandırmaqdan ötrü dizayn strategiyamızı və planlarımızı bir sıra daxili tərəfdaşla paylaşırıq. Dizayn edərkən ekoloji düşüncəni diqqətdə saxlamaq üçün aldığımız bütün rəylər üzərində düşünməyə çalışırıq.

Bu cür orijinal missiya ilə işləmək komanda üçün nə dərəcədə önəmlidir?

Biz informasiya mübadiləsinin sərhədsiz olduğu, həm də müvəqqəti və ya qısamüddətli təşəbbüsləri mənasız hala gətirdiyi bir dünyada yaşayırıq. Görüşlərimizin həyata keçirilməsi, eləcə də yanaşmamızın şəffaf şəkildə çatdırılması barədə diqqətlə düşünmək üçün bütün fürsətlərdən faydalanırıq. Bu missiya hissi dizaynerlər kimi bizi də həvəsləndirir və zaman keçdikcə müştərilərimizin də qətiyyətimizi anlayacağına və qiymətləndirəcəyinə inanırıq.

Samsung Galaxy kimliyi

Hədəf auditoriyaya əsaslanaraq Galaxy S23 seriyası üçün hazırladığınız 2 fərqli dizayn haqqında daha çox məlumat paylaşa bilərdinizmi?

İstifadəçilərin diqqətini ekrana yönləndirməkdən ötrü Galaxy S23 və S23+ nazik çərçivə ilə təçhiz olunub. Digər tərəfdən çərçivənin yuvarlaq kənarları həm ekranı qoruyur, həm də istifadəçiyə rahat tutma təmin edir. Galaxy S23 Ultra-da biz kənarları kiçiltdik və həm S Pen üçün daha geniş müstəvi yaratmaq, həm daha yaxşı tutma təmin etmək, həm də istifadəçilərə böyük ekranın bütün üstünlüklərindən faydalanmaq imkanı təqdim etmək məqsədilə cihazın düz səthini bir qədər də genişləndirdik.

Dizaynı hazırlayarkən bütün lazımsız elementləri aradan qaldıraraq xəttlər və müstəvilər üzərindən getməyi qərara aldıq və bunu hər üç cihazda ardıcıl şəkildə davam etdirdik. Yan düymələr, anten, dinamik və mikrofon yuvaları kimi daha incə elementlərin ölçüsü və quruluşu buna uyğun olaraq diqqətlə tənzimlənmişdi. Bundan əlavə, Galaxy S22 və S22+ modellərində kameranın konturu ləğv edilərək bütün Galaxy S23 modelləri ardıcıllıq naminə vahid kamera dizaynı ilə təchiz edilib.

Galaxy S23 seriyasının kamerasının fərqli dizaynının onun çalışması qədər diqqətəlayiq olması fikri ilə razısınızmı?

Hal-hazırda bazarda olan bir çox smartfon oxşar formaya malik olduğundan, cihazın kamera dizaynı məhsulu fərqləndirmək və brend kimliyini ifadə etmək üçün güclü üsula çevrilib. Buna görə Samsung Galaxy S seriyasının kamera quruluşu dizaynın unikallığını inkişaf etdirmək üçün Galaxy S21 seriyasından bəri eyni saxlanıldı.

Kameranın xarici hissəsi parlaq metaldır, daxili hissələr isə onun gücünü nümayiş etdirməkdən ötrü hamar xətlər ilə işlənib. Forma, tekstura və rəng daxil olmaqla kameranın daxili elementlərin dizaynı işığın əks olunmasını minimuma endirən ənənəvi kamera linzalarından ilhamlanaraq düşünülüb.

Ən sərfəli kredit üçün müraciət et

Təbiətdən ilhamlanmış gələcək yönlü rənglər

Zəhmət olmasa Galaxy S23 seriyasının əsas rənglərini təqdim edərdiniz.

Galaxy S23 seriyasının bəzi komponentləri resurs dövriyyəsinə dəstək vermək niyyətilə təkrar emal materiallarından hazırlanıb. Ətraf mühitin mühafizəsi ideyasını daha da qabartmaqdan ötrü Galaxy S23 seriyası 4 rəngdə təqdim olunur ki, bu da bizim “Təbiətin çalarları” adlandırdığımız konsepsiyaya əsaslanır. Yaşıl sakit meşəni, Fantom Qara təbiətin səssiz gücünü, Lavanda gündəlik həyatın təbii enerjisini, parlaq Krem isə təbiətin istiliyini tərənnüm edir.

“Xəyali çalarlar” konsepsiyası çərçivəsində hazırladığımız dörd əlavə rəng – Laym, Mavi, Qırmızı və Qrafit – yalnız onlayn satışa aid olacaq. Onlayn müştərilərə ekranda baxanda belə parlaqlığını çatdıran bəzi pozitiv və futuristik çalarlar təqdim etmək istədik. Samsung Galaxy rəng sırasına yeni əlavə olan Laym canlı və cazibədar rəng nümunəsi olaraq hazırlanıb və ümid edirik ki, istifadəçilərimiz bundan zövq alacaqlar.

Galaxy S23 seriyasının arxa panel şüşəsində istifadə olunan təkrar emal materialları haqqında daha geniş məlumat verərdiniz?

Plastik butulkaların təkrar emalından hazırlanan materialların rəngində sarımtıllıq hiss oluna bilərdi. Biz də bunun yekun rəngi tündləşdirəcəyindən narahat idik. Lakin emaldan sonra Krem çaların daha təbii alındığına həm təəccübləndik, həm də sevindik.

Planeti düşünərək hazırlanıb

  • Galaxy S23 cihazlarının ön və arxa şüşə panellərinin orta hesabla 22%-i 2-qat təkrar emal materialı, arxa şüşə panelin içərisindəki lentin 80%-i atılmış plastik butulkalardan hazırlanıb.
  • Laym, mavi, qırmızı və qrafit rəngdə cihazları samsung.com saytından almaq olar. Məhsulun özəllikləri, buraxılış cədvəli və mövcudluğu bölgə, ölkə, model və daşıyıcıya görə dəyişə bilər.
  • Arxa şüşə panelin içərisindəki lentin 80%-i atılmış plastik butulkalardan hazırlanıb.

Galaxy S23 seriyasının hazırlanmasında istifadə olunan təkrar emal materiallarının artırılması haqqında daha çox məlumat verə bilərsinizmi?

Galaxy S23 cihazlarının ön və arxa şüşə panellərinin orta hesabla 22%-i 2-qat təkrar emal materialı, arxa şüşə panelin içərisindəki lentin 80%-i atılmış plastik butulkalardan hazırlanıb. Bundan başqa Galaxy S23 Ultra-nın daxili komponentləri, o cümlədən S Pen və aşağı səs modullarının tərkibində okeana atılmış balıq torları və plastik butulkalardan əldə edilən təkrar emal materialından istifadə edilib. Smartfonun yan və səs düymələri isə istehsal prosesində əmələ gələn qalıq alüminiumdan hazırlanıb.

Əlavə olaraq cihazın qabı 100% təkrar emal kağızı, bəzi üzlükləri isə ya təkrar emal, ya da təbiətdə parçalanan materiallardan hazırlanıb. Bununla da Galaxy S23 seriyası resursların dövriyyəsinə dair öhdəliyinə əməl etdiyini göstərməyə çalışır.

İllər ərzində daha ekoyönlü qab dizaynı naminə hansı səylər göstərilib?

İlk dəfə olaraq qab dizaynında plastikdən istifadəni 2018-ci ildə azaltmağa başladıq. O zaman bir qab 14 fərqli parçadan ibarət idi, indi isə Galaxy S23 seriyasında bu sayı 6-ya endirə bildik. Cihazın qabındakı təkrar emal kağız adi kağızdan daha zəif olduğuna görə mükəmməl tərkibi tapmaqdan ötrü biz geniş araşdırma apardıq, istehsal prosesini tənzimlədik və materialı saysız-hesabsız keyfiyyət yoxlamalarından keçirdik.

Gələcək paket dizaynlarında hansı sahələrə diqqət yetirəcəksiniz?

Biz yüksək keyfiyyətli təkrar emal edilmiş kağız ilə çalışmağı davam etdirəcəyik. Məqsədimiz özümüzün ərsəyə gətirdiyimiz sellülozdan hazırlanmış kağız yaratmaq, həmçinin ekodizaynlarımızı tanıtmaqdır.

Samsung, planetin sərvətlərinə qayğı ilə yanaşan, atılmış materiallardan faydalanmaqla onlara ikinci həyat verən, istifadəçilərə dürüst dəyərlər təqdim edən innovasiyaların ardınca getməyə çalışır. Samsung Galaxy S seriyası gələcək yönlü dizayn seçimləri edərkən istifadəyə yararlılıq və ekoloji fayda arasında boşluğu doldurmağa davam edəcək.

Tam yeni Galaxy S23 seriyası haqqında daha çox məlumat üçün Samsung Newsroom-u izləyin.

  • Bunlar cihazın yeşiyi, qutusu, qutudakı telefon yeri, ön qoruyucu, arxa qapaq qoruyucusu və naqildir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram