2015-ci ilin sentyabr ayında daşınmaz əmlakın icbari sığortası üzrə 5 421 sığorta müqaviləsi bağlanmışdır. Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 796 min manat təşkil etmişdir. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 60%-i yaşayış evləri və mənzillər, 0,5%-i inzibati binalar, 39,4%-i isə digər daşınmaz əmlakla bağlı olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 42%, sığorta haqlarının məbləğində isə 19 faiz azalma müşahidə edilmişdir.
Sentyabr ayında daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 232, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 86 sığorta müqaviləsi bağlanılmışdır. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları 19 410 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 20 277 manat təşkil etmişdir.