Banco.az olaraq, sizlərə dahi şəxsiyyətlərin səhər saatlarını necə keçirdiyi və təklif etdikləri faydalı məsləhətlər ilə bağlı məlumatı təqdim etmək istərdik.
1. Mark Zuckerberg
Facebook təsisçisi
Hər səhər Zuckerberg, dünən olduğu kimi sadə üslubda geyinir. Bu onu gün ərzində, əlavə bir qərar qəbul etməkdən azad edir.
Əgər siz də, səhər oyanarkən, uzunmüddətli geyim seçimindən imtina etsəniz, vaxtınıza qənaət etmiş olacaqsınız. Stiv Cobs və onun sadə geyim tərzi, gündəlik əlavə məişət məsələrinə sərf edilən zamanın, daha böyük ideyalar üçün sərf edilməsinin ideal misalıdır.
2. Cek Dorsi
Twitter şəbəkəsini quranlardan biri
Oyandıqdan sonra, amerikalı biznesmen meditasiya ilə məşğul olur və səhərləri qaçmağı sevir. 10 kilometr məsafəni hər dəfə qət etmək, Cek üçün adi bir hala çevrilib.
Əlbəttə ki, hər kəs səhər saatlarını belə aktiv və gümrah şəkildə başlamasa da, amma 10 dəqiqəsini idmana sərf edə bilər.
Həmçinin oxu: Uğur qazanmış insanlardan faydalı məsləhətlər
3. İlon Mask
Biznesmen, SpaceX şirkətinin təsisçisi və CEO (baş direktor) Tesla Motors
Milyarder çox işləsə də, yalnız 6 saatını gecə yuxusuna sərf edir. Səhərinə ilk olaraq, yarım saat ərzində, ən vacib və təcili məktubları cavablandırmaqla başlayır.
4. Barak Obama
ABŞ-ın keçmiş prezidenti
ABŞ-ın eks-prezidenti saat 6:45-i, daim məşq vaxtı üçün ayırır. Daha sonra ailəsinin əhatəsində səhər yeməyini yeyərək, qızlarına məktəbə hazırlaşmaqda yardım edir.
Barak Obama qeyd edir ki, səhər saatlarını insan özü üçün faydalı olanlar ilə başlamalıdır, təbii ki, ailəsinə vaxt ayırmağı da, unutmaq olmaz. Çünki axşama qədər bir-birinizi görməyəcəksiniz, evə qayıtıdığınız zaman isə insan yorğunluq hissini keçirir və çox əzgin olur. Məhz buna görə, səhər saatlarımızı ailəmizlə keçirməyimiz daha məqsədə uyğundur.
Həmçinin oxu: Stiv Cobs haqqında - O, kimdir?
5. Opra Uinfri
Teleaparıcı, ictimai xadim
Telediva, səhərini 20 dəqiqəlik meditasiya ilə başlayır, sonra trenajorda 15 dəqiqə qaçır, son mərhələ olaraq; zülal, yağ və zəngin karbohidratlarla zəngin balanslaşdırılmış səhər yeməyi ilə yekunlaşdırır. Sadə ritual, ona gün ərzində pozitiv əhval-ruhiyyə bəxş etməyi bacarır. Bəs niyə, siz də, faydalanmayasınız?
6. Xaruki Murakami
Yazıçı
Roman üzərində işlədiyi zamanlar, yazar hər səhər saat 4-də oyanaraq, dərhal işə başlayır. Beş-altı saat işlədikdən sonra, yürüşə çıxır və ya üzməyə gedir, kitab oxuyur, musiqiyə qulaq asır və axşam saat doqquz saatlarında yuxuya gedir.
Hər hansı, vacib iş zamanı fikrinizi cəmləşdirmək istədiyiniz də, düzgün tərtib olunan rejim sizin yardımınıza gələ bilər. Kimsə əgər səhər saatlarında aktivdirsə, kim üçün isə məhsuldar fəaliyyət üçün daha gec saatlar uyğun ola bilər. Bu məsələdə hər kəs özünə qulaq asmağı bacarmalıdır.
Həmçinin oxu: Mark Zuckerberg Facebooku necə yaratdı?
7. Anna Vintur
Amerikanın Vogue jurnalının baş redaktoru
Dəb dünyasının əfsanəsi və Vogue jurnalının 30 illik dəyişilməz baş redaktoru Anna, özünə inam və uğurun timsalıdır. Onun səhəri saat 05:45-də bir saatlıq tennis partiyası ilə başlayır. Daha sonra isə o hazırlaşıb, ofisə gedir. Anna, səhər gözlərini saat zənginin səsinə güclə açıb, oyanmağa çalışanlar üçün yaxşı bir nümunədir. Təbii ki, ilk günəş şüaları ilə birgə gümrahlıq hissi ilə oyanmaq üçün, rejimə riayət edərək, daha tez yatmaq mütləqdir.
8.Stiv Cobs
Biznesmen, ixtiraçı, Apple şirkətinin təsisçilərindən biri
Hər səhər, əfsanə-adam güzgüdə öz əksinə baxaraq, soruşurdu: “Əgər, bu gün mənim üçün sonuncu olsaydı, bu gün üçün planlaşdırılmış işləri görmək istərdim?” Əgər bir neçə gün ərzində, cavab mənfidirsə, o zaman həyatınızda nələrisə dəyişdirməyin vaxtı gəlmişdir.
Sevdiyiniz iş ilə məşğul olub, olmadığınızı öyrənmək üçün bu üsul mükəmməldir.
Həmçinin oxu: Milyarderdən qızıl kimi məsləhətlər
9. Marqaret Tetçer
Böyük Britaniyanın sabiq Baş Naziri
Gec saatlara qədər sürən iş görüşmələri Dəmir Ledi-nin, növbəti gün səhər saat 5-də oyanaraq, sevimli “Yemək və kənd təsərrüfatı” haqqında olan radio-verlişini dinləməyinə mane ola bilməzdi.
Günə xoş xırdalıqlar ilə start verməyə unutmayın; əgər gününüzü müsbət təəssüratlar ilə başlayırsınızsa o zaman pozitiv enerji sizə lazımlı dalğaya köklənməkdə yardımçı olacaq.
10. Uinston Çörçil
Britaniyalı siyasi xadim, Böyük Britaniyanın sabiq Baş Naziri, jurnalist, yazıçı, ədəbiyyat üzrə Nobel mükafatının laureatı
Uinston Çörçil- qeyri-adi şəxsiyyətlərdən biridir. Onun adi səhəri, digər tanınmışların səhərinə heç bənzəməz.
O hələ yataqda olarkən, saat 07:30-da səhər yeməyini yeyir, qəzet oxuyur və işə başlayırdı. Saat 11:00 üçün, bağa gəzməyə çıxıb, özü üçün bir miqdar sodalı viski süzürdü. Çörçil nümunə olaraq, hətta dincələrkən belə işləməyin mümkünlüyünü göstərir. Amma onun kimi, səhər saatlarınızı spirtli içkilər ilə başlamanız məsləhət deyil.
11. Benjamin Franklin
Siyasi xadim, ixtiraçı, yazıçı
Franklinin gününün hər anı əvvəlcədən planlaşdırılmışdır. Səhər saatlarının düzənləməsinə ümumi olaraq, 3 saat sərf edirdi. Hər səhər, siyasi xadim özünə; “Bu gün mən hansı xeyirli işi görəcəyəm? “ sualını ünvanlayırdı. Budur, Benjamin saat səkkizdə artıq işə başlayırdı.
Əgər gün ərzində, bütün işlərinizi tamamlaya bilmirsinizsə, deməli planlaşdırmada yalnışlıqlara yol verirsiniz. Səhər saatları, qarşıdakı bütün günün necə keçəcəyini təyin edən zaman kəsiyidir. O zaman, səhər saatlarınızın məhsuldar keçməsi üçün, xoş və faydalı vərdişlərə yiyələnməyiniz bəs edər.