"Clubhouse"un Android versiyası üçün sınaq mərhələsi başlandı | Banco.az

"Clubhouse"un Android versiyası üçün sınaq mərhələsi başlandı

Tamara Mustafayeva, Banco.az

Son dövrlərdə olduqca populyarlaşan Clubhouse tətbiqi bu vaxta qədər təkcə iOS istifadəçiləri üçün əlçatan idi. İndi isə Android istifadəçilərini də sevindirəcək yenilik var.

Məlum olduğu kimi, ötən ilin mart ayında bazara çıxarılan və əksər ölkələrdə getdikcə daha da çox populyarlıq qazanan Clubhouse-un indiyədək təkcə iOS istifadəçilərinə xidmət göstərməsi sözügedən tətbiqin bir çox Android ekvivalentinin yaradılmasına, həmçinin Instagram, Twitter, Facebook kimi platformalarda da məxsusi funksiya halında qarşımıza çıxmasına səbəb olurdu. 

İddialara görə, Clubhouse-un yaradıcı komandası bir bloq məqaləsində tətbiqin Android versiyasının sınaq mərhələsində olduğunu və xüsusi bir qrup daxilində sınaqdan keçirildiyini bildirib. Odur ki, görünür yaxın günlərdə Android istifadəçiləri də sözügedən tətbiqi telefonlarına yükləyib istifadə edə biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et