Cərimələnməmək üçün sığortanızı təzələməyə tələsin | Banco.az

Cərimələnməmək üçün sığortanızı təzələməyə tələsin

Cari ilin iyun ayı ərzində icbarı sığortası olmama səbəbindən cərimə edilən sürüclərin sayı artıb. DYP-nın son xəbərdarlığını xatırlasaq, bu artımın səbəbi başa düşüləndir: 

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən sahibinin mülki məsuliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sığorta etdirilməmiş nəqliyyat vasitələri Azərbaycan Respublikası ərazisində yol hərəkətində iştiraka buraxılmamalıdırlar.

Bu Qaydaların, yəni “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən fiziki şəxslər 50 (əlli), vəzifəli şəxslər  100 (yüz) , hüquqi şəxslər isə 300 (üç yüz) manat məbləğində cərimə edilirlər.

Həmin Məcəcllənin 122.1-ci maddəsinə müvafiq olaraq qeyd olunan inzibati xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsinı nəzərə alaraq, DİN Baş DYP İdarəsi avtonəqliyyat vasitələri sahiblərinin nəzərinə çatdırır ki, 07.06.2017-ci il tarixdən sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamış avtonəqliyyat vasitələrinin sahibləri barəsində inzibati xəta haqqında elektron protokolların tərtib edilməsinə başlanılıb. 

Bu səbəbdən icbari sığorta müqaviləsinin etibarlılıq müddətinə diqqət yetirmək tövsiyə edilir.

Bəzən sığortanı almaq iş adamı olan və məşğul sürücülər üçün müşkül görünür,  vaxt tapıb banklara getmək, sonra orada növbə gözləyib, "əməliyyatçıların nazını çəkmək" sürücələrimizə ağır gəlir. Sevindirici haldır ki, sığorta almaq üçün banklara yaxınlaşmaq heç də mütləq deyil. Siz telefon və ya digər qurğu vasitəsi ilə internetə daxil olub sığorta  polisini dərhal ala bilərsiniz. Bu tip imkanı hesab.az saytı vasitəsi ilə də əldə etmək mümkündür: Onlayn sığorta

Ən sərfəli kredit üçün müraciət et

Mövcud qanunvericiliyə əsasən nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. Lakin, həmin xətanın aşkarlandığı gündən hesablanaraq 20 gün ərzində icbari sığorta müqaviləsi bağlanmazsa, hər verilən müddət keçdikcə avtonəqliyyat vasitəsinin sahibi barəsində inzibati xəta haqqında təkrar elektron protokollar tərtib ediləcək.

Məsuliyyətin sığortası – sığortalı tərəfindən üçüncü şəxslərə ehtiyatsızlıqdan vurulmuş ziyanın kompensasiya edilməsini nəzərdə tutur.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası – mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Yəni bu sığorta növü avtonəqliyyat vasitəsini qanuni əsaslarla istismar edən şəxslərin (mülkiyyətində avtonəqliyyat vasitəsi olan və ya həmin avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni avtonəqliyyat vasitəsini icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanuni əsaslarla istismar еdən şəxslərin) səhvi nəticəsində ətrafdakılara dəyən zərərin əvəzinin sığortaçı tərəfindən ödənilməsini nəzərdə tutur.

  • “İcbari sığortalar haqqında” Qanunun 56-cı maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir:
  • * fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat;
  • * üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. 

Sığorta haqqını hesabalamaq və daha ətraflı məlumat üçün