Cəlal Cümşüd oğlu Orucov 2017-ci ildən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Baş direktoru (Baş texnologiya inzibatçısı ) vəzifəsinə təyin olunmuşdur.
Karyera:
2001-2002-ci illərdə Avropa İttifaqının “TASİS” Proqramı üzrə Kordinasiya Bürosunda, 2002-2006-cı illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında müxtəlif vəzifələrdə çalışmışdır. Mərkəzi Bankı tərk edərkən artıq departament direktoru vəzifəsində olub. 2006-2016-cı illərdə “Milli Kart” MMC-nin icraçı direktoru, 2016-2017-ci illərdə “Unibank” ASC-nin Texnologiyalar üzrə direktoru olmuşdur. Özü dediyi kimi tam karyera yolu keçib, adi mütəxəssidən baş icraçı direktor vəzifəsinə qədər yüksəlib.
Iş yerində rəsmiyyəti sevməyən Cəlal müəllim, Azərbaycan Dövlət İqtisad Universitetininin məzunudur.
Təhsil:
Universitetə qəbul olması ilə bağlı o, “Biznesinfo”ya müsahibəsində deyir:
Peşə seçimində mən, yəqin ki, ümumi trendin təsirinə düşmüşdüm. O zaman hüquqşünas, maliyyəçi, bankir olmaq dəbdə idi. Mən Azərbaycan Dövlət İqtisad İnstitutunun «Maliyyə və kredit» fakültəsinə qəbul olundum, lakin mən təhsil aldığım dövrdə institut universitetə çevrildi.
Oxumaq, tez düşünmək və qısa müddət ərzində qərar qəbul etmək bacarığıməndə «Nə? Harada? Nə vaxt?» intellektual oyunu sayəsində formalaşıb. Bu oyun mənə həyatda çox kömək edib.
Mənim üçün informasiya əldə etmək narkotik kimi bir şeyə çevrilib. Mən təzə bir şey öyrənməsəm, deməli, günü boşuna yaşamışam.
Məğlubiyyəti fəlakət kimi qiymətləndirmək olmaz. Məğlubiyyət sənə vəziyyəti təhlil etmək və nəyin düzgün edilmədiyini başa düşməyə imkan verir. Yaxşı şeylərdən olduğu kimi, pis şeylərdən də nəticə çıxarmaq lazımdır.
Digər bir müsahibəsində isə o yenə hobbisinə bağlılığını vurğulayır
Vaxtın idarəetməsi məsələsinə gəldikdə, yəni hobbi və işin çatdırılması ilə bağlı qeyd etməliyəm ki, hobbim o qədər də vaxt aparmır. Bununla əsasən qeyri iş vaxtlarında məşğul oluram. Əgər bununla əlaqədar olaraq, öz bilik dairəmi genişləndirmək üçün yeni məlumatlar toplamalı və kitablar mütaliə etməliyəmsə, bu onsuz da bir vərdişə, həyat tərzimin bir hissəsinə çevrilmişdir. İstər-istəməz işdən kənar vaxtlarda yeni biliklər əldə etmək üçün mütaliə edirəm, istər bu kitab olsun, ya elektron mənbələr, ya da sənədli filmlərin izlənməsi və s. Bununla yanaşı idmanla da məşğul oluram ki, bu da işlərimə mane törətmir. Hobbim artıq həyatımın ayrılmaz bir hissəsinə çevrilmişdir.
Cəlal Orujov, 1978-ci ildə anadan olub, hazırda 39 yaşı var.
14 aprel 2017-ci il tarixindən o həm də Banklar Assosiasiyasının (ABA), yeni formalaşmış İT təhlükəsizlik üzrə” Ekspert Qrupunun sədri təyin olunub.