Bytom (BTM) nədir? Haradan almaq olar? | Banco.az

Bytom (BTM) nədir? Haradan almaq olar?

Yeni nəsil kriptovalyuta Bytom internet aktivləri üçün blockchain infrastrukturu kimi nəzərdə tutulub. İnsanlar və təşkilatlar Bytom blockchain-ində P2P maliyyə proqramları inkişaf etdirə bilərlər.

“UTXO”-a uyğundur. Bytom üç qatdan ibarətdir: məlumat mübadiləsi və çatdırılma qatı, müqavilə qatı və aktiv qatı. Məlumatların mübadiləsi və ötürülməsi təbəqəsi “UTXO” modeliylə və Bitcoin-dəki əməliyyat məlumatlarının strukturuna uyğun olaraq işləyir; belə ki, yüksək sürətli uyğunlaşma təmin edilir və gizliliyə nəzarət edilə bilər.

Milli Şifrələmə Standartı ilə uyğun gəlir. Bytom-dakı hər kəsə açıq və gizli açarlarda da və ünvan sistemində Bitcoin-dəki kimi ESCDA şifrələməsi və SHA256 hash mexanizmi istifadə olunur. İstifadə edilən bütün alqoritmlər və mexanizmlər Çin Milli Şifrələmə Standartına uyğunlaşdırılıb.

POW alqoritmi və ODIN standartları. İstifadə olunan PoW alqoritmi həm süni intellekt ASIC çipləri ilə uyğun gəlir, həm də istifadə olunan süni zəka avadanlıqları sürətləndirir.

İmzalar əməliyyat məlumatlarından ayrılır. Bytom protokolu lazım imzalar digər proses məlumatlarından ayrılır. eləliklə, aktivlərin idarə edilməsi və paylanmış dəftərlərin sinxronizasiyası müstəqil şəkildə edilir.

Ən sərfəli kredit üçün müraciət et

“Side-chain”-lərlə mənfəətin bölüşdürülməsi. Tərtibatçılar Bytom platformasında digər blockchain-lərin kiçik versiyalarını inkişaf etdirə bilərlər. Bundan əlavə, bu blockchain-lərdəki şəbəkə fəaliyyətlərini reallaşdırmaq üçün ağıllı müqavilələrlə API çağırışları edə bilərlər.

Haradan almaq olar?

Bytom hazırda 0,6 dollar qiymətilə kriptovalyutalar arasında 33-cü pillədə qərarlaşıb. 1,4 milyard BTM tokeninin 987 milyonu dövriyyədədir. Ümumi bazar dəyəri 595 milyon dollardır. “KuCoin” birjasından almaq mümkündür.

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az