Bu yeni dron satılmayacaq, yalnız icarəyə veriləcək - VİDEO | Banco.az

Bu yeni dron satılmayacaq, yalnız icarəyə veriləcək - VİDEO

“DJI” şirkəti, Los-Ancelesdə, “Cine Gear Expo”nun son tədbirində dron “Storm”u təqdim edib. Şirkət, adətən, yeni məhsullarının elanlarına diqqət cəlb etməyə çalışır. Lakin bu dəfə fərqli olub. Mənbənin fikrinə görə, bu, yeni dronun satılmaması ilə bağlıdır. Dron, yalnız “DJI Studio”nun xüsusi hava kinematoqrafiyası xidməti ilə komplektləşdirilmiş halda icarəyə təqdim olunacaq, bura furqon və professionallar komadası da daxildir. 

Dron səkkiz vintə malikdir və "idman" rejimində saatda 80 km-ə qədər sürət yığa bilər. Marşrut üzrə GPS naviqasiya rejimində isə uçuş saatda 60 km-ə qədər sürətlə yerinə yetirilir. Uçuş vaxtı sürətdən, yükdən və digər amillərdən asılı olaraq 8-15 dəqiqə təşkil edir. Təxminən, 18,5 kq faydalı yük daşıya bilər. O, -10°C –dən 40°C -ə qədər temperaturda işləməyə hesablanıb.

Ən sərfəli kredit üçün müraciət et

“Storm”un icarə qiyməti məlum deyil (artıq qeyd edildiyi kimi, aparat satılmır), lakin “xFold Dragon X12” kimi eyni sinfin müqayisəli modelləri 30 000 dollar dəyərindədir.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et