Bu vaxta qədərki ən qeyri-adi marketinq kampaniyaları | Banco.az

Bu vaxta qədərki ən qeyri-adi marketinq kampaniyaları

Tamara Mustafayeva, Banco.az

Vans – Vans Evi

ABŞ–ın idman geyimləri markası “Vans” 2014–cü ilin avqust ayında Londonun mərkəzində “Vans Evi” adını daşıyan bir məkan açır. Şirkətin etdiyi açıqlamaya görə, “Vans Evi” 1966–cı ildən bəri “Vans” markasını təmsil edən aspektlərin vizual təzahürü idi. Bu məkan incəsənət, musiqi, küçə incəsənəti və moda vasitəsilə yerli əhaliyə “Vans”–ın “Off The Wall” ruhunu sınaqdan keçirmələri və bu barədə maraqlanmaları üçün olduqca maraqlı bir platforma təqdim edirdi.

Samsung – Samsung Studiyaları

Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung” 2012 Olimpiya Oyunlarına sponsorluğun bir hissəsi olaraq Londonda müxtəlif məkanlarda öz markalarını tanıtmaq üçün fərqli kampaniyalar həyata keçirir. “Samsung Studiyaları” adlı bu kampaniya iyul ayının ortalarından sentyabr ayının ortasına qədər davam etmiş və həmin vaxt bazara yenicə daxil olan “Samsung Galaxy S3” “Samsung Galaxy Note” smartfonlarının təqdimatına diqqət çəkilmişdi.

Kampaniyada iştirak edənlər “Samsung”-un “Olimpiya Oyunları” tətbiqi ilə oynaya, ya da “Samsung Galaxy S3” vasitəsilə şəkil çəkdirərək bu şəkli dərhal şəxsi emblemə çevirə bilirdilər. Kampaniya çərçivəsində həmçinin insanlar “Samsung Galaxy S3” telefonu və dünya səyahəti qazana biləcəkləri bir yarışmaya da qoşula bilərdilər.

Red Bull – Feliks Baumqartnerin Stratosferdən tullanışı

Avstriyanın enerji içkisi markası olan “Red Bull” şirkətinin həyata keçirdiyi marketinq kampaniyaları arasında ən çox marağa səbəb olanı Feliks Baumqartnerin səs sürətini ötüb keçən “Stratosfer tullanışı” olur. Dünyanın hər yerindən xəbər kanalları bu tarixi hadisəni canlı yayımla tamaşaçılara çatdırmış və nəticədə “Red Bull” olduqca dəyərli marka imici və uğurlu ictimaiyyətlə əlaqələr təcrübəsi qazanmışdı.

Adidas – D Rose Jump Store

“Pop-up” mağazalar (müvəqqəti mağaza) yeni anlayış olmasa da, “Adidas”–ın 2013–cü ildə Londonda açdığı “D Rose Jump Store” adlı pop-up mağaza digərlərindən fərqlənirdi. O vaxtlar, ABŞ–ın beynəlxalq basketbol liqası olan “NBA”–dəki Chicago Bulls komandasında forma geyinən ulduz oyunçu Derrick Rose bir cüt idman ayaqqabısı qazanmaq üçün yarışan azarkeşləri ilə bu mağazada bir araya gəlmişdi. Bu, yarışa qatılan bütün uşaqlar üçün həyəcan verici və unudulmaz bir təcrübə idi.

Ən sərfəli kredit üçün müraciət et

Mountain Dew – Gerilla Turu

2012–ci ildə “Pepsi” şirkətinin sahib olduğu qazlı içki markası “Mountain Dew”–nun marketinq komandası məhsullarını tanıtmaq və insanları bu içkinin dadına baxmağa təşviq etmək üçün festivallar, nəqliyyat mərkəzləri və şəhər mərkəzlərindəki insanları hədəfə alan 43 günlük “gerilla turu” hazırlayır. 15 nəfər marka təmsilçisindən ibarət olan komanda “Mountain Dew” avtomobili ilə Birləşmiş Krallığı gəzir və müxtəlif yarışmalar keçirərək hədiyyələr paylayırdılar. Eyni zamanda insanlara pulsuz içkilər də təqdim olunurdu.

Game of Thrones – Nəhəng Əjdaha Başı skeleti

“Blinkbox” adlı Birləşmiş Krallığa məxsus film və TV yayım şirkəti “Game of Thrones” serialının üçüncü sezonunun başladığı günlərdə bir əjdaha başı skeletini Dorset əyalətindəki sahillərdən birinə qoyur. Bu nəhəng skelet təbii olaraq çox böyük marağa səbəb olmuş və təqribən 250 müxtəlif media orqanı tərəfindən işıqlandırılmışdı. Kampaniya sayəsində “Game of Thrones” serialının “Blinkbox” kanalında yayımlandığı gün şirkət illik gəlirini 63% artırmağa nail olmuşdu.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram