Bu tanınmış avtomobil şirkəti loqosunu YENİLƏDİ | Banco.az

Bu tanınmış avtomobil şirkəti loqosunu YENİLƏDİ

Tamara Mustafayeva, Banco.az

Son dövrlərdə bir çox avtomobil şirkətinin marka imicini yenilədiyini görürük. Həmin şirkətlərin sırasına bu dəfə də Almaniyanın avtomobil istehsalçısı Opel markası daxil olub. 

Banco.az xarici mətbuata istinadla bildirir ki, Opel markası PSA Group (Peugeot S.A) tərəfindən satın alındığı zamandan bəri marka imicini dəyişdirməyə çalışırdı ki, hazırda bu istiqamətdə ilk addımı atıb.

Markanın yeni və daha incə çəkilmiş dizaynlı loqosu əvvəlki versiyaya bənzəyir, ancaq markanın innovativ gücünü daha yaxşı əks etdirir. Daha incə cizgilərə sahib yeni loqonu şirkət rəngini əks etdirən parlaq sarı rəng və yeni Opel Next yazı tipi müşayiət edir. Bütün bu nüanslar markanın daha müasir və cəsur imicə bürünməsini təmin edir.

Opel şirkətinin yeni loqosunun, yeni rənginin və yeni dizayn dilinin yaratdığı kompozisiya avtomobil sənayesindəki yeni elektrikli dövr üçün şirkətin qüsursuz kimliyini yaradır. Markanın yeni imici real məhsullardan marketinq və satış fəaliyyətlərinə qədər Opel şirkətinin bütün kommersiya əməliyyatlarında istifadə ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: 2020-ci ilin ən dəyərli avtomobil markaları AÇIQLANDI

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram