Valve Software şirkətində iş birliyi və ünsiyyət çox mühüm rol oynayır.
Mərkəzi ofisi Vaşinqton ştatının Belvyu şəhərində yerləşən şirkət video oyunların hazırlanması və satışı ilə məşğul olur.
Sözügedən şirkətin işçiləri hər hansı bir rəhbərdən göstəriş almırlar, çünki bu şirkətin müdiri yoxdur.
Şirkətin iş prinsipləri rəhbərlik və ya müdirlik anlayışını rədd edir. Şirkətə yeni insanlar qatıldığı zaman fərqli layihələrlə məşğul olaraq və digər insanlarla ünsiyyət qurmaqla uzun vədədə hansı layihədə və ya layihələrdə çalışmaq istədiklərinə özləri qərar verirlər.
Şirkət 1996 – cı ildə Mike Harrington və Gabe Newell tərəfindən təsis edilib. Qısa zaman ərzində olduqca böyüyən şirkət Half-Life adlı oyun seriyasının sayəsində böyük uğur əldə edib. Hazırda şirkətdə 400 – dən çox işçi fəaliyyət göstərir.
Əslində belə bir inkişaf insanları idarə edə bilmək və hər kəsin eyni qaydalara riayət etdiyindən əmin olmaq üçün olduqca ciddi ierarxiya tələb edir. Ancaq Harrington və Newell isə bu ənənəvi sistemi dəyişməyə və yenilikçi və bacarıqlı insanların uğurlu ola biləcəyi bir sistem qurmağa qərar vermişlər.
Hətta şirkətin işçiləri hər gün o qədər vəzifə dəyişdirirlər ki, daşınmalarını asanlaşdırmaq üçün hər kəsin iş masasında təkər quraşdırılıb və təkcə iki ədəd kabel var.
Bununla belə işçilərə nə edəcəklərini söyləyə biləcək çox sayda insan var. Şirkətin müdiri olmadığı üçün bütün layihələr fərdi xarakter daşıyır və ya hər hansı bir qrupun fikri irəli sürməsi və bir komandanın da bu fikri bəyənib həyata keçirməyə qərar verməsi ilə reallaşır. Bəzi hallarda bir işçinin adı layihənin rəhbəri olaraq keçir, ancaq hər kəs bu insanın əmr və ya göstəriş vermək üçün deyil, layihənin inkişafını, irəliləyişini problemsiz bir şəkildə davam etdirmək üçün orada olduğu bilir.
Şirkətdə həmçinin işçilərin hansı səviyyədə olduğunu söyləyən insanlar da var. Valve-nin müdiri olmasa da, performans idarəetməsi sistemləri mövcuddur. Bu iş üçün təyin edilən işçilər şirkətdəki hər kəslə bir araya gələrək sonuncu dəyərləndirmədən bəri hansı layihələrdə kimlərlə çalışdıqlarını, bu müddətdə nələr yaşadıqlarını soruşurlar. Rəylər anonim olaraq alınır və hər bir işçiyə iş yoldaşları ilə olan təcrübələri haqqında bir hesabat paylanır.
Valve şirkəti eyni zamanda öz işçilərinin yeni işçilərin işə qəbul prosesinə də daxil olmasını istəyir və bunu “dünyanın ən mühüm hadisəsi” kimi dəyərləndirir. Şirkət ən dahiyanə, ən yenilikçi və ən bacarıqlı işçiləri işə qəbul edən təşkilati sistemi ilə fəxr edir. Şirkətin təqdimat kitabçasında işçilərə belə səslənilir:
“Namizədlə müsahibə zamanı özünüzə sadəcə qarşınızdakı insanın bacarıqlı oub olmadığını ya da komanda daxilində yaxşı işləyib işləməyəcəyini soruşmaqla kifayətlənməyin, sözün əsl mənasında bu şirkəti idarə edəcək bacarıqlara sahib olub olmadığını müəyyən etməyə çalışın.”
Valve kimi şirkətlərin idarəediciləri işçilərin illərdir vurğuladığı nüansın fərqinə varıblar:
İşçilər hansı vəzifədə və ya tapşırıq üzrə və necə çalışmaq istədiklərini özləri müəyyən etdikləri zaman daha məqsədyönlü və məhsuldar olurlar. Valve-nin sərbəst idarəetmə tərzi hər bir şirkətə uyğun olmaya bilər, ancaq burada məhsuldarlığın artırılması və bağlılıq kimi məsələlərdə çıxarılan dərslər hər kəs üçün keçərlidir.
Həmçinn oxu: Uğurlu rəhbər olmaq üçün lazım olan bacarıqlar
Tamara Mustafayeva, Banco.az