Bu şirkət yeyilə bilən rəngli karandaşlar istehsal etdi | Banco.az

Bu şirkət yeyilə bilən rəngli karandaşlar istehsal etdi

Tamara Mustafayeva, Banco.az

Uşaqları balaca ikən evdən işləməli olan Yaponiyalı bir dizayner balacalar üçün tamamilə təhlükəsiz və yeyilə bilən rəngli karandaşlar ixtira edib. Sözügedən bu karandaşların yaradıcısı və eyni zamanda "Mizuiro" şirkətinin təsisçisi olan Naoko Kimura bir gün yemək hazırladığı əsnada istifadə etdiyi tərəvəzlərin əslində necə də rəngarəng olduğuna diqqət yetirir. Daha sonra isə bu fikir uşaqlar üçün tamamilə təhlükəsiz tərəvəz qalıqları və dənli bitkilərdən rəngli karandaşlar istehsal edən "Oyasai Crayon" şirkətinin yaranma səbəbinə çevrilir.

Şirkətin istehsal etdiyi bu rəngli karandaşların adlandırılması da özünəməxsusdur. Belə ki, karandaşlar rənglərin adı ilə deyil, istehsalında istifadə edilən meyvə və tərəvəzlərin adı ilə, məsələn narıncı yer kökü və ya bənövşəyi badımcan kimi adlandırılır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sözügedən məhsullar hazırda təkcə Yaponiyada satışa çıxarılasa da, şirkətin rəhbəri Kimura qlobal satışlar üçün "Kickstarter" şirkəti ilə əməkdaşlığa hazırlaşır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram