Tamara Mustafayeva, Banco.az
İngiltərənin e-ticarət firması "The Hut Group" son 10 il ərzində 430 əməkdaşına 1 milyard funt sterlinq dəyərində şirkət səhmi hədiyyə etdiyi açıqlayıb. Həmin işçilərdən 74-ü milyonçuya çevrilib.
Firmanın təsisçisi və CEO-su Matt Moulding məsələ ilə bağlı etdiyi açıqlamada, "İngiltərədə bu günədək ən çox insanı milyonçuya çevirən şirkət olduq. Səhmlər 100% hədiyyə kimi verilib, heç kəs bunun müqabilində ödəniş etməyib. Bununla da bir çox insanın həyatını dəyişdirdik.", deyə bildirib.
Şirkət rəsmiləri onu da bildirib ki, hədiyyə səhmlər menecerlərlə yanaşı katibə və anbar əməkdaşlarına da verilib. Qısa müddət ərzində 175 milyon funt sterlinq dəyərində yeni səhmlərin də işçilərə paylanması planlaşdırılıb.
Qeyd edək ki, 2004-cü ildə yaradılan "The Hut Group" şirkəti dünya miqyasında 100-ə yaxın e-ticarət saytına rəhbərlik edir. Hazırda şirkətin bazar dəyəri 6,5 milyard funt sterlinqdir.
Forbes nəşrinin məlumatına görə CEO Matt Moulding isə 1,8 milyard dollarlıq sərvətə sahibdir.
Həmçinin oxu: "Dünyanın Ən Güclü 100 Qadını" AÇIQLANDI
Bizi sosial şəbəkələrdən izləyin!!