Bu restoran peyvənd olunmuş müştərilərə pulsuz yemək verəcək | Banco.az

Bu restoran peyvənd olunmuş müştərilərə pulsuz yemək verəcək

Tamara Mustafayeva, Banco.az

Məlum olduğu kimi, hazırda dünyanın demək olar ki, hər yerində koronavirus əleyhinə vaksinasiya prosesi həyata keçirilir. ABŞ-da fəaliyyət göstərən "Shake Shack" adlı restoran da müştərilərini peyvənd olunmağa təşviq etmək üçün pulsuz kartof qızartması verəcəyini elan edib. 

Nyu-York Siti Bələdiyyəsi ilə birlikdə hazırlanan kampaniya çərçivəsində müştərilərə mobil vaksinasiya avtobuslarından hər hansı birində peyvənd olunduqları zaman həmin restorana aid müvafiq kupon veriləcək. Bu kuponla müştərilər restorandan qamburger və toyuqlu sendviç alarkən "Crinkle Cut Fries" qızardılmış kartoflarını pulsuz əldə edəcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et