Bu qəsəbədəki evlər 1 avroya satışa çıxarılacaq | Banco.az

Bu qəsəbədəki evlər 1 avroya satışa çıxarılacaq

Tamara Mustafayeva, Banco.az

İtaliyaya məxsus Siciliya adasında yerləşən Castiglione di Sicilia adlı qəsəbədə tərk edilmiş evlər 1 avroya satışa çıxarılacaq.

Banco.az xarici mətbuata istinadla bildirir ki, 1900-cü illərdə 14 minə yaxın əhalisi olan qəsəbədə hazırda 3 min insan yaşayır. Təqribən 900 tərk edilmiş evin olduğu qəsəbədə evlərin yarısı 1 avroya, digər yarısı isə 4-5 min avroya satılacaq. Eyni ev üçün birdən çox təklif olacağı təqdirdə isə hərrac təşkil edilməklə yekun qərar veriləcək.

Sözügedən qəsəbənin bələdiyyə sədri Antonio Camarda buradakı evlərin bəzilərinin intibah dövrünün izlərini daşıdığını və bu tarixi qəsəbənin xilas edilməsinin zəruri olduğunu vurğulayıb. O, həmçinin bu ilin mart ayında başladılan layihə çərçivəsində artıq dünyanın hər yerindən çox sayda elektron poçt qəbul etdiklərini də bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram