Bu ölkədə gənclər dövlət sektorunda karyera qurmağa üstünlük verir | Banco.az

Bu ölkədə gənclər dövlət sektorunda karyera qurmağa üstünlük verir

Müəllif - Aida İsaq, Banco.az

Türkiyədə gənclərin hansı sektorlarda karyera qurmaq istədikləri açıqlanıb. 

Banco.az xəbər verir ki, Türkiyənin 7 bölgəsindən 18-30 yaş arası 1700 gənc arasında sorğu keçirilib.

İş seçimləri və karyera planlaması ilə bağlı sorğuya qatılan gənclərin 57 faizi dövlət sektorunda çalışmaq istədiklərini bildirib. Gənclərin 34 faizi özəl sektorda, 9 faizi isə hər iki sahədə işləyə biləcəyini qeyd edib.

Qeyd edək ki, sorğuda iştirak edən gənclərin 29 faizinin təhsil müddətində müxtəlif təcrübə proqramlarında iştirak etdiyi, 61 faizinin isə bu istiqamətlərdə aktiv iştirak etmədiyi məlum olub.

İştirakçıların müxtəlif vakansiyalara müraciət edərkən hansı məqamlara üstünlük verdiyi də açıqlanıb. Belə ki, 38 faizi - maaşa, 21 faizi - vəzifəyə, 13 faizi - əlavə bonuslara, 11 faizi - prespektivli olmasına, 8 faizi - şirkətin prestijinə, 5 faizi - şirkətin missiyası və hədəflərinə, 4 faizi isə etik qaydalara riayət edilməsinə xüsusi diqqət yetirdiyini vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram