2019-cu ilin sonunadək “PAŞA Bank Azərbaycan”ın cəmi aktivlərinin 5 milyard manata çatacağı gözlənilir.
Bunu “PAŞA Bank”ın 2018-ci ilin yekun nəticələrinin açıqlanmasına həsr olunmuş mətbuat konfransında Bankın İdarə Heyətinin üzvü, Bankın Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev bildirib.
“Hazırda “PAŞA Bank Azərbaycan”ın aktivləri 4,9 milyard manatdır. İlin sonunadək cəmi aktivlərin 5 milyard manata çatacağını gözləyirik. “PAŞA Bank” qrupunun cəmi aktivləri isə ötən ilin sonunda 5 milyard 209 milyon manat təşkil edib. Bu məbləğin 4,7 milyard manatı “PAŞA Bank Azərbaycan”ın payına düşüb”.
Qeyd edək ki, “PAŞA Bank” qrupuna “PAŞA Bank Azərbaycan”, “PAŞA Bank Türkiyə” və “PAŞA Bank Gürcüstan” bankları daxildir.
marja