Borcgötürən bank kreditini ödəyə bilməyəndə zamin nə etməlidir? | Banco.az

Borcgötürən bank kreditini ödəyə bilməyəndə zamin nə etməlidir?

Son zamanlar məhkəmələrə ən çox müraciət edilən məsələlərdən biri kredit götürüləndə zamin olan vətəndaşlarımızın həmin borcu qaytarmağa məcbur olmasıdır.

Məsələ ilə bağlı açıqlama verən iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, zaminlik kredit götürən şəxslə eyni öhdəlik yaradır: "Hər kim zamin durursa, anlamalıdır ki, kredit götürən qədər məsuliyyət daşıyır. Müqavilə imzalandığı vaxtdan etibarən zamin bank qarşısında məsuliyyət daşıyan şəxs hesab olunur. Çalışın, yaxından tanımadığınız insana zamin olmayın. Kredit alan şəxs əgər kredit borcunu geri ödəməkdə problem yaradarsa və kredit borcunu ödəməzsə, bu zaman bank zaminə qarşı tələb irəli sürə bilər. Həmin pul zaminin maaşından tutulur. Belə olduqda bir çıxış yolu var. Zamin kredit məbləğini tam ödədikdən sonra, borc götürəni məhkəməyə verə və ondan banka ödədiyi məbləği tələb edə bilər".

Ekspert qeyd edib ki, belə olduqda məhkəmələr də bu iddiaları təmin edir. Zamin məhkəmədə yetərincə sübut təqdim edə bilsə, maddi kompensasiya ala bilər.

Ən sərfəli kredit üçün müraciət et

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram