Bitkoinin dəyəri son yeddi ildə ilk dəfə olaraq kəskin artdı | Banco.az

Bitkoinin dəyəri son yeddi ildə ilk dəfə olaraq kəskin artdı

Bitkoinin dəyəri təxminən 30 faiz artdı. Aktivin kapitallaşmasının həcminə təqribən 39 milyard dollar əlavə olundu. Mütəxəssislərin fikrincə, kriptovalyuta bazarında bu artım geosiyasi vəziyyətlə bağlı ola bilər.

CNBC-nin jurnalistləri bildirir ki, bitkoin 2020-ci ilin yanvar ayında İranda Ukrayna təyyarəsi ilə baş verən qəzadan sonra yüksəlməyə başladı. ABŞ-ın hadisəylə əlaqəli olduğunu düşünən investorlar aktivləri fiatdan geri çəkmək qərarına gəldilər. Böyümə bitkoinlə yanaşı digər kriptovalyutalara da təsir göstərib. Artıq efir inamla 200 dollarlıq dəyərə yaxınlaşır. Altkoinlərin (bitcoin istisna olmaqla digər kriptovalyutalar) ilk onluğunda da vəziyyət olduqca nikbin görünür.

Sonuncu dəfə bitkoinin dəyəri 2013-cü ilin yanvarında belə kəskin artım göstərmişdi. Onda sikkə təxminən 54 faiz bahalaşmışdı. Maraqlıdır ki, o zaman aktiv ikiqat halvinqə hazırlaşırdı. Mütəxəssislər qeyd edirlər ki, maynerlər üçün mükafatların azaldılmasından əvvəl bitkoinin dəyəri 10 min dollara çatarsa, 2020-ci ildə tarixi maksimumun yenilənməsi barədə danışa bilərik.

Həmçinin oxu: Mark Kyuban: "Mən banan alaram, nəinki bitkoin"

Ən sərfəli kredit üçün müraciət et

“Asiyalı investorlar koronavirusla əlaqədar vəziyyətə görə aktiv olaraq kriptovalyuta satın alırlar. Çünki dollarla ödənişlər qadağan edilə bilər, bunun nəticəsində bitkoin və digər pullar yeganə çıxış yolu olacaqdır. Kriptovalyutaların dəyərinə mənfi təsir edən amillər də var. Əvvəla, söhbət kölgə bazarından gedir. Çinin bir çox şirkəti mal ixracını dayandırıb və buna görə qaçaqmalçılığın miqyası xeyli genişlənib. Situasiya qısa müddətdə nəzarət altına alınmazsa, bitkoin də qara bazarda geriləyəcək”, — deyə  “Luno” platformasının biznesin inkişafı şöbəsinin rəhbəri Vicay Ayyar qeyd edib.

Mütəxəssislər trendin geri çevrilmə təhlükəsinin də mövcud olduğunu qeyd edirlər. Koronavirus epidemiyası fonunda ABŞ və Çin arasında münasibətlər sabitləşə bilər ki, bu da investorların fiata diqqətinin artmasına səbəb olacaqdır. Bu vəziyyətdə bitkoin yarıya qədər halvinqə məruz qala bilər.

Nigar Umaxanlı, Finco.az