Bitkoin üçün tarixi gün - ilk dəfə rəsmi valyuta statusu alacaq | Banco.az

Bitkoin üçün tarixi gün - ilk dəfə rəsmi valyuta statusu alacaq

Tamara Mustafayeva, Banco.az

Bu gün bütün kriptovalyuta növləri üçün tarixi gün hesab edilir.

Banco.az xarici mətbuata istinadla bildirir ki, bu gün Salvadorda bitkoin ilk dəfə rəsmi valyuta statusu alacaq. "Milli rəqəmsal cüzdan"da qeydiyyatdan keçən hər vətəndaşa 30 dollar dəyərində bitkoin veriləcək.

Bu xəbərdən sonra ən dəyərli kriptovalyuta hesab edilən bitkoin səhər saatlarında ötən 24 saat ərzində 1,8% bahalaşmaqla 52 min 600 dollara çatıb. 

Qeyd edək ki, Salvador prezidenti Nayib Bukele ilk dəfə bu ilin iyun ayında bitkoinin rəsmi valyuta kimi tanınmasına dair qanun layihəsini konqresə təqdim edəcəyini açıqlamışdı. Sözügedən qanunun konqres tərəfindən təsdiq edilməsi ilə ölkədə ABŞ dolları ilə yanaşı bitkoinin də istifadəsinə qərar verilmişdi. Bu gün isə həmin qanun qüvvəyə minəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram