2020-ci ildə kriptovalyuta birjaları arasında keçirilən köçürmələrin həcmi 35% artıb.
Bu barədə Crystal Blockchain analitik Xidmətinin hesabatında deyilir.
Bu ilin əvvəlindən Bitkoin mübadiləsinin ümumi məbləği 33 milyard ABŞ dollarına çatıb, bu da həmin göstəricinin 24,5 milyard ABŞ dolları olduğu 2019-cu ilin birinci yarısının rəqəmlərindən 35% çoxdur.
2013-cü ildə bu göstəricinin ümumi həcminin 91%-i “Böyük iyirmilik”(G20) ölkələrinin birjaları tərəfindən həyata keçirilib. 2020-ci ilin birinci yarısında isə bu rəqəm 45% təşkil edib.
Crystal Blockchain şirkətinin analitikləri kriptoindustriya tənzimlənməsinin sərtləşdirilməsi üçün müəyyən qlobal tendensiya inkişaf etdiyini və qeydiyyatdan keçməmiş mübadilələr sayının tədricən azalmasını gözləyir.
Ted.az
Bizi sosial şəbəkələrdən izləyin!!