“Apple”-ın həmtəsisçilərindən olan Stiv Vozniak Bitcoin-in milli pulları arxada qoyaraq qlobal valyutaya çevrilməyəcəyini düşünür. Lakin Vozniak bu durumun bir gün reallaşacağına ümid edir.
“CNBC” kanalında yayımlanan iqtisadi proqramda iştirak edən Vozniak Bitcoin haqqında açıqlamalar verib. O, bütünün insanların nə vaxtsa vahid puldan istifadə edəcəkləri ilə bağlı danışıb. Mövzuyla bağlı bunları deyib:
“Cek Dorsinin fikriləriylə razıyam, ancaq reallaşacağına inanmıram. Bunun olmasını istəyirəm, çünki saf düşüncədir”.
Cek Dorsi həm “Twitter”, həm də “Square”-nin CEO-sudur. Bir neçə gün əvvəl Bitcoin-in 10 il ərzində dünyadakı yeganə valyuta olacağını iddia etmişdi.
“Woz” ləqəbiylə tanınan Vozniakın uzun müddətdir Bitcoin həvəskarı olduğu məlumdur. O, aktivlərinin çoxunu satmağa qərar verdikdən sonra belə mövqeyini dəyişmədi. Mütəxəssisin Bitcoin ilə bağlı şərhləri həmişə maraqla qarşılanıb. Vozniak Bitcoin-in “günahsız rəqəmsal qızıl” olduğunu ifadə etmişdi. Hər hansı şirkət tərəfindən idarə edilməyən və hər hansı iş modeli olmayan Bitcoin-in əksər kriptovalyutadan fərqli olaraq mərkəzsiz struktura malik olduğunu söyləyib.
Mövzuyla bağlı açıqlamasında aşağıdakıları bildirib:
“Bitcoin riyazi olaraq müəyyən edilib, yalnız konkret miqdarda Bitcoin çıxarılacaq. Həmçinin, Bitcoin düşüncəsi çox safdır və müəyyən şəxslər və şirkətlər tərəfindən idarə olunmur. Stiv Vozniakın maraq göstərdiyi yeganə kriptovalyuta Bitcoin deyil. O, Ethereum-u “Apple”-a bənzətmişdi.
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.