Birinci rübdə Azərbaycan əhalisi Türkiyəyə pul köçürmələrini artırıb | Banco.az

Birinci rübdə Azərbaycan əhalisi Türkiyəyə pul köçürmələrini artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar-mart Azərbaycandan Türkiyəyə köçürülmüş fiziki şəxslərin pul baratlarının həcmi artıb.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, birinci rübdə fiziki şəxslər tərəfindən Türkiyəyə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4 milyon 482 min dollar, yaxud 13,1 faiz daha çox pul köçürülüb.

Bununla da Türkiyəyə köçürmələrin ümumi həcmi 38 milyon 631 min dollara yüksəlib. 

Qeyd edək ki, birinci rübdə Azərbaycandan ən çox pulun köçürüldüyü ölkə (29,4% payla) Türkiyə olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et