Bir neçə maraqlı “Sindrom” haqqında: - Qüds, Holland, Axmaq Puma sindromu və s. | Banco.az

Bir neçə maraqlı “Sindrom” haqqında: - Qüds, Holland, Axmaq Puma sindromu və s.

Sindrom — ümumi patogenezə malik simptomların məcmusu. Tibbdə və psixologiyada sindrom termini eyni vaxtda baş verən kliniki aşkar olunmuş simptomların oxşarlığına əsaslanır. Belə ki, xüsusiyyətlərdən biri həkimi digər xüsuiyyətlərin olması barədə xəbərdar edir. Bu termin tibbdən kənarda da oxşar hadisələri təsvir etmək üçün istifadə olunur.

 

Axmaq Puma sindromu

Dünyanın ən sürətli canlılarından olan puma, ovunun incələnməsi qabiliyyəti ilə seçilir. Puma, ovlayacağı canlının ardınca qaçarkən onda yaradacağı mənfəət və enerjidən daha çox enerji sərf edəcəksə, bunu etmir. Yəni bir maralı ovlamağa sərf edəcəyi enerji dovşan üçün xərcləməz. Bu da iqtisadi ədəbiyyatlara “Axmaq Puma sindromu” kimi keçmişdir. İstər məişət həyatında istərsə də iqtisadi fəaliyyətlərdə mənfəətindən daha çox xərcləri olan insanlar, bu sindromun daşıyıcıları adını alır.

 

Qüds sindromu

Qüds sindromu — şəhərin mistik atmosferi tərəfindən Qüds şəhəri və ya həcc ziyarəti edən turistlərdə yaranmış yanlış fikirlər, müqəddəsləşmə, dini mərkəzli motivlər kimi psixozların yaratdığı bir sindromdur. Bu sindrom tək bir dinə və məzhəbə aid deyildir, həm yəhudilərə, həm xristianlara və müsəlmanlara təsir edə bilər.Əvvəllər ədəbiyyatda  müəyyən edilməmiş sindrom, adi bir isteriya olaraq təyin olunurdu.

 

Stokholm sindromu

Stokholm sindromu (ing. Stockholm Syndrome) — populyar psixologiyaya aid termin olaraq insan oğurluğu, zorakılıq tətbiqi və ya belə zorakılıq tətbiqi hədəsi zamanı qurbanla aqressor arasında yaranan birtərəfli və ya qarşılıqlı simpatiyanı, müdafiə-təhtəlşüur xarakterli travmatik əlaqəni təsvir edir.

Güclü şokun təsiri altında girovlar onları girov götürən şəxslərə təəssübkeşlik etməyə, onların hərəkətlərinə bəraət qazandırmağa və son nəticədə özlərini onlarla eyniləşdirməyə başlayırlar, onların ideyalarını qəbul edirlər və özlərinin “ümumi” məqsəd naminə qurban verilmələrini zəruri hesab edirlər.

Dominant xarakterli ailə-məişət münasibətləri zamanı məişət xarakterli Stokholm sindromu yarana bilər

 

Xarici aksent sindromu 

Ən sərfəli kredit üçün müraciət et

Xarici aksent sindromu — xəstədə qəfildən digər bir dil aksentinin yaranmasıdır. Xarici aksent sindromu adətən zərbə nəticəsində, bəzənsə kəllə-beyin travması nəticəsində yarana bilər. Bunlar sindroma tutulanların ən çox göstərdiyi səbəblər olsa da, miqren olan xəstələr də bu sindroma yaxalana bilərlər. 1941- 2009-cu illər ərzində bu sindroma 62 nəfər tutulub. Bu simptomlar artikulyar planlaşdırma və koordinasiya prosesinin pozulması nəticəsində yaranır. Bunu da qeyd etmək lazımdır ki, xəstə birdən-birə xarici dil bilgilərinə (qrammatika, söz ehtiyatı və.s) yiyələnmir. Təsdiqlənməmiş məlumata əsasən, 2010-cu ildə bir xorvatiyalı komadan çıxandan sonra almanca səlis danışmağa başlayıb, lakin bu bacarığın beyin zədəsi səbəbindən qazanılması öz təsdiqini tapmayıb.

 

Holland sindromu

"Holland sindromu" (ing. Dutch Disease) — təbii resursların istismarı ilə istehsal sektorunun tənəzzülü arasında qarşılıqlı əlaqəni izah etmək üçün istifadə edilən iqtisadi konsepsiyadır.

Nəzəri yanaşmaya görə, "Holland sindromu" şəraitində təbii sərvətlərdən daxil olan böyük gəlirlər milli valyutanın mübadilə kursunu artırmaqla istehsal sektorunun rəqabət qabiliyyətini zəiflədir. Holland sindromu bütünlükdə istehsal sektorunun sadəcə təbii sərvətlərdən asılılığını yaradır və digər sahələrin inkişaf perspektivini azaldır. Bu halda iqtisadiyyatda süni canlanma meydana gəlir, kapital qoyuluşu təbii sərvətlərin istismarına və daşınmasına sərf edilir. Təbii sərvətlər tamamilə istismar edilib tükəndikdə isə sənaye qısa zamanda strukturunu dəyişə bilmir. XVIII əsrin sonlarında bir sıra neft hasil edən dövlətlər bu vəziyyətə düşmüşdülər. Holland sindromunun baş verməsini əngəlləmək üçün kapital qoyuluşu sənayenin bütün sahələri üzrə balanslı və tədricən paylanmalıdır.

1960-cı illərdə Hollandiya təbii qaz satmaqdan xeyli pul qazanırdı və birdən məlum oldu ki, qeyri-qaz sahələri tənəzzülə uğrayır. Sonralar "holland sindromu" adını alan bu fenomenin ilkin əlaməti odur ki, ya yerli pul ölür, ya da daxili istehsal.

 

Həftəsonu(Bazar ertəsi) sindromu.

Belə sindromu olan insanlar həftənin başlanması ilə əlaqədar yeni iş həftəsini, çətin dərs rejimini və s. düşünərək həftəsonu tətilində dincəlmək əvəzinə özlərinə əzab verirlər. Maraqlıdır ki, ilk iş günündən sonra çətinliklər unudulsa da növbəti həftəsonunda bu hal yenidən təkararlanır.

 

Fuad Vahabzadə, BANCO.AZ

 

P.S. Bəziləri “Wikipedia”-dan alıntıdır.