Pol Bilzerianın oğlu Dan Bilzerian milyonlarla izləyicisinə kriptovalyutalara geri qayıtmağın zamanının çatdığını bildirib.
Bilzerian və Bitcoin: ikinci uğurlu dövr başlayır?
“Instagram”-ın ən məşhur simalarından olan Dan Bilzerian yeni paylaşımı ilə kriptovalyuta bazarına dönməyə hazır olduğunu vurğulayıb.
O, bu açıqlamasıyla Bitcoin-in yenidən sürətlə artacağına inanan investorların sırasına daxil olub.
Bilzeryan kriptovalyuta sərmayəsi mövzusunda yeni dövrün başlayacağını düşünən tək insan deyil. “Pantera Capital” və “Fundstrat Global”-dan olan bəzi mütəxəssislər 2018-ci ilin sonuna doğru ciddi qiymət artımlarının olacağını və Bitcoin-in yeni rekord qıracağını düşünürlər.
Qiymət proqnozları 20-100 min dollar arasında dəyişərkən, Tim Dreyper və Con Makafi kimi investorlar 2020-ci ilədək 250 min dollarlıq qiymətdən söz açırlar.
Bilzeryan ötən ilin mayında Bitcoin aldığını və onun uğuruna inandığını söyləmişdi. Onun bu sahədə təcrübə qazandığını söyləmək olar. Özü də bununla bağlı ciddi götür-qoy etdiyini açıqlayıb.
Bunlar da maraqlıdır:
Pulsuz Bitcoin necə qazanılır?
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.