Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında dəyişiklik olub. Fonddan verilən məlumata görə, Xalid Əhədov Şuranın üzvü seçilib.
X. Əhədov dekabrın 8-dən etibarən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edir. O bu vəzifədə Elmar Məmmədovu əvəzləyib.
E. Məmmədov ABB-nin İdarə Heyətinin sədri vəzifəsindən uzaqlaşdırılandan sonra Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasından da kənarlaşdırılıb. E. Məmmədovun Şuradakı səlahiyyətlərini müvəqqəti olaraq ABB-nin İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev icra edib.
Mənbə: Apa.az