Debet kartları istənilən növ istifadəçi üçün rahat ödəniş vasitəsidir. Hesabınızda məhz sizin həmin hesaba daxil etdiyiniz qədər vəsait olur. Hansı bankın kartından istifadə etməyinizdən asılı olaraq, banklar həmin kartdakı hesaba hətta faizlər də əlavə edə bilər.
Həmçinin bax: Hansı bankların kartlarını pulsuz əldə etmək olar? - YENİ 2022
Lakin bu zaman mahiyyət etibarı ilə kartınızdakı pul xüsusi növ əmanətə çevrilmiş olacaqdır.
Debet kartları əsasən işləyən əhaliyə öz əməkhaqqısını almaqdan ötrü verilir. Bu vəsaitlərin hərəkətini daha şəffaf edir və insanlarda yeni texnologiyalardan istifadə etmə vərdişi yaradır.
Debet kartlarının əsas növləri – sosial kartlar, təqaüd karları, əməkhaqqı kartları və depozit kartlardır.
Banklarımızın təqdim etdiyi standart debet kart məhsulları ilə burada tanış ola bilərsiniz.
Lakin sizə həmçinin bankların ən fərqli debet kart məhsulları ilə də tanış etmək istərdik.
Kartın adı |
Bank |
İllik xidmət haqqı |
İllik gəlir faiz (varsa) |
Əsas xüsusiyyət |
Gənc Kart |
Bank Standard |
15 AZN |
9% |
Gənclər üçün olan bu kart sizə əlavə vəsait qazanmaq imkanı verir |
Visa Electron Vertical |
Ata bank |
15 AZN |
Kartın unikallığı kartın üzərindəki təsvir və bütün şəxsi məlumatların karta şaquli olaraq daxil edilməsindədir |
|
Visa Electron Aroma |
Atabank |
15 AZN |
Visa Electron Aroma Lemon və Visa Classic Aroma Coffee. Bu kartlar tərtibatı ilə yanaşı ətri ilə də diqqəti cəlb edir |
|
Visa Electron Solo |
Atabank |
15 AZN |
Sizə imkan verir ki, öz plastik kartınızın üstünə istədiyiniz təsviri yerləşdirə biləsiniz. |
|
Zəvvar Kart |
AFB Bank |
Ödənişsiz |
Gülab ətirli zəvvar kartı. Həcc ziyarətinə gedənlər üçün |
|
İlk kart |
Bank Respublika |
Ödənişsiz |
7-17 yaşlı müştərilər üçün, İlk Kart yetkinlik yaşına çatmamış şəxsin başqa şəhərdə və ya ölkədə yaşadığı və ya oxuduğu halda da rahatdır |
|
Uçurucu kartlar |
Bank SilkWay |
İki illik 40 AZN |
Kartdan istifadə nəticəsində pulsuz uçuş və aviabilet qazanmaq imkanı |
|
Ani kart |
Beynəlxalq Bank |
12 AZN |
SMS vasitəsi ilə alınan virtual kart, internet ödənişləri üçün nəzərdə tutulub |
|
Qibla Card |
Beynəlxalq Bank/ islam bankçılığı |
40 AZN |
Kartın üzərində dünyanın istənilən nöqtəsindən Qiblənin təyin edilməsi üçün xüsusi elektron qiblə-kompas yerləşdirilib. |
|
Jasmine Card |
Beynəlxalq Bank/ islam bankçılığı |
25 AZN |
VİSA Classik bazasında hazırlanmış bu kart, zərif dizaynı və xüsusi çiçək qoxusu ilə yalnız qadınların istifadəsi üçün yaradılmışdı |
|
MobilCard |
DəmirBank |
15 AZN |
Aparılan əməliyyatlar nəticəsində danışıq vaxtı qazanmaq imkanı |
|
LEADERCARD |
DəmirBank |
Ödənişsiz |
2 |
Xaricdən edilən pul köçürmələrinin qəbulu asanlaşdırmaq üçün |
COUNTDOWN |
DəmirBank |
20 AZN |
Dünyanın 34 ölkəsində, 100 000-dən çox ticarət-xidmət mərkəzlərində 50%-dək endirim 38 günədək faizsiz müddətlə kartla kredit xəttinin açılması imkanı |
|
Visa Gift |
Muğan Bank |
5AZN |
Nominal dyəri 50-200 AZN, Şəxiyyət vəsiqəsi olmadan almaq mümkündür. Hədiyyə kartıdır |
|
BuCard |
Nikoil Bank |
15 AZN |
5% |
Depoit tipli kart |
Halal Card |
Nikoil bank |
Ödənişsiz |
İlkin mədaxil 100 AZN olmalıdır. Bu kartlardan nağd pul çıxarılması üçün komissiya faiz dərəcəsi şəklində deyil, sabit məbləğ həcmində tutulur |
|
Pul Kart |
Yapı Kredi Bank Azərbaycan |
5 AZN |
Partnyor şəbəkədə alış-veriş zamanı bonuslar qazandıran kart |
|
Dizayn Kart |
Xalq Bank |
30 AZN |
Kartın dizaynının seçmək və yaratmaq imkanı |
Könül Soltanova / Banco.az