Banklarımız bir birini təkrarlayırmı? | Banco.az

Banklarımız bir birini təkrarlayırmı?

Bank sahəsində rəqabət aparmağın getdikcə çətinləşdiyi bir dövrdə yaşayırıq. Məhz bunun səbəbidir ki, bankların təklif etdiyi məhsullar və hətta kampaniyalar da bir-birinə çox yaxındır. Hətta bir birini təkrarlayır deyə bilərik. Buna misal olaraq, müxtəlif peşə bayramları günündən bankların bir-birinə bənzər şərtlər ilə təklif etdiyi kreditləri misal göstərmək olar. Tibb işçiləri günü və DİN əməkdaşları günü buna misal ola bilər. 

Bu kampaniyalardan biri də iyul ayında bankların pulsuz kart paylamasıdır.

Az əvvəl belə bir kampaniya iyulda ad günü olanlar üçün Azər-Türk Bank tərəfindən elan edildi. Oxşar kampaniya, Kapital Bank və Rabitə Bank tərəfindən də həyata keçirilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Əlbəttə hansısa bankın PR xidməti bildirə bilər ki, əgər sizdə kartlar yalnız kampaniya müddətində pulsuzdursa, bizdə həmişə pulsuz olub. Qeyd edək ki, daha öncə oxşar "söz davası banklar arasında olmuşdur. (Beynəlxalq Bank, ASB Bank və Kapital Bank)

Könül Soltanova, Banco.az