Banklar sahibkar hesablarından nağdlaşdırma zamanı nə qədər komissiya tutur? | Banco.az

Banklar sahibkar hesablarından nağdlaşdırma zamanı nə qədər komissiya tutur?

Bankların xidmətlərindən yararlanan digər müştəri qrupu da fərdi sahibkarlardır. Fiziki şəxslərdə olduğu kimi sahibkar (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən şəxs) və hüquqi şəxslər üçün  də banklar kredit, depozit, bank hesablarının açılması, pul köçürmələri və s. kimi xidmətlər göstərir. Bu araşdırmada sahibkar və hüquqi şəxslərin bank hesablarından nağdlaşdırma zamanı tutulan komissiyalar ilə tanış olacağıq.

Bank hesabı açıldıqda artıq hesabla bağlı əməliyyatları həyata keçirə bilərsiniz. Açılan hesabları isə onlayn formada idarə edə bilərsiniz. Lakin bəzən hesabda olan məbləği nağdlaşdırmağa ehtiyac yaranır. Digər xidmətlər kimi nağdlaşdırma zamanı da komissiya tutulur. Bu komissiya banklardan asılı olaraq dəyişir. Lakin hesabdan istənilən qədər məbləğ nağdlaşdırıla bilməz. Bu limiti  "Nağdsız hesablaşmalar haqqında" qanunla müəyyən olunur. Belə ki, qanunun 3.3-cü maddəsinə əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri təqvim ayı ərzində 30 (otuz) min, digər vergi ödəyiciləri isə təqvim ayı ərzində 15 (on beş min) manatdan artıq vəsaiti nağdlaşdıra bilməzlər.

Qeyd edək ki, nağdlaşdırma zamanı bankın komissiyasından əlavə 1% sadələşdirilmiş vergi tutulur ki, bu da Vergilər Məcəlləsinə əsasən tənzimlənir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin bax: Sahibkarlar üçün ən sərfəli bank hesabları hansı bankdadır?

Araşdırma Tərlan Qəhrəmanovca

İnfoqrafik Tahir Əsgərli

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram