Bankda işləməyin 10 mənfi cəhəti | Banco.az

Bankda işləməyin 10 mənfi cəhəti

Nəyə görə bankda işləmək çətindir və bankda işləməyin mənfi tərəfləri hansılardır. Banco.az bankirlərimizin və bank işçilərinin şikayətlərindən  ruhlanaraq, bu yazını sizə təqdim edir.

  1. Səni zəngin hesab edirlər – hamı elə bilir ki, bankın pulu sənin pulundur. Kredit vermək beş dəqiqənin işidir. Bütün qohumlar deyir ki, “kredit düz-qoş elə, bizim üçün”.
  2. İyerarxik struktur çox böyükdür, rəhbərlərin sayı çoxdur. Elə bil ki, vəzifən artsa da, sənin tabe olduğun insanların sayı azalmır.
  3. Bankda çalışan “back office” –xanımları ailə qurmaqda çətinlik çəkir və “gec ərə getməkdən” şikayətlənir, çünki orada onları görən olmur :) 
  4. Dress code – xüsusilə marketinq sahəsində işləyənlər üçün belə geyim narahatlıq yaradır, istər istəməz rahat düşünməyə mane olur. Xanımların qarderobu isə ağ köynəklərlə dolur və onları işdən başqa harasa geyinmək olmur.
  5. Təhlükəsizlik qaydaları – bəzən dünyadan təcrid olursan. İT bütün saytları bağlayır, hər gün günün ən az 1 saatını lazım olan saytları açdırmaq üçün sərf edirsən, motivasiya itir, əsəblər korlanır.
  6. Məsuliyyət və risk –Adi valyuta və ya rəqəm səhvi sizə baha başa gələ bilər. Hər hansı bir hesabda abir rəqəmi səhv salmaqla müştəriləri və ya özünüzü çətin duruma salmış olursunuz.
  7. Müştərilərə pis xəbər vermək – hansısa qayda dəyişəndə ya bankın vəziyyəti pisləşəndə bunu müştərilərə başa salmaq lazım gəlir. Həmçinin kredit işçiləri gecikmədə olan müştərilər ilə “əsəblərini” korlamalı olur.
  8. Oturaq və bitmək bilməyən iş – hamı işdən 6-da çıxanda, bank işçiləri saatlarla işdə qalmalı olur, daimi yorğunluq və gərginlik stressə yol açır. Böhrandan ən çox əziyyət çəkənlər – ixtisr olunma ehtimalı işçiləri daima stress altında saxlayır.
  9. Alsgeymer xəstəliyi ən çox bank işçilərində rastlanır.
  10. İstədiyin vaxt məzuniyyət götürmək ya arada işdən qalmaq şansının olmaması – Dostların sənə, “gəl, Avropaya gedək” deyəndə “bilmirəm işdən buraxarlar” deməli olursan :)

Könül Soltanova, Banco.az

Ən sərfəli kredit üçün müraciət et