2 avqust 2024-cü il tarixində Bank VTB (Azərbaycan) ASC-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcəkdir.
Tədbir Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında yerləşən bankın Baş ofisində Bakı vaxtı ilə saat 13:00-da baş tutacaq.
Səhmdarlar yığıncağının gündəliyi aşağıdakı kimidir:
1. Bank VTB (Azərbaycan) ASC-nin Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının katibinin seçilməsi;
2. Bank VTB (Azərbaycan) ASC-nin Nizamnaməsinin yeni redaksiyasının təsdiq edilməsi;
3. “Bank VTB (Azərbaycan) ASC-nin səhmdarlarının ümumi yığıncağı haqqında Əsasnamə”nin yeni redaksiyada təsdiq edilməsi;
4. “Bank VTB (Azərbaycan) ASC-nin Müşahidə Şurası haqqında Əsasnamə”nin yeni redaksiyada təsdiq edilməsi.