"Bank Standard"ın əmanətçisi güldürdü - VİDEO | Banco.az

"Bank Standard"ın əmanətçisi güldürdü - VİDEO

Məlum olduğu kimi, 30.09.2016-cı il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarı ilə “Bank Standard”ın lisenziyası ləğv edildi. 

“Bank Standard” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və bankda qorunan əmanətlər əmanətçilərə qaytarılmağa başlayıb.

Dünən səhər saatlarında əmanətçilər tərəfindən kompensasiya ödənişlərinə başlanması ilə əlaqədar olaraq, Bankın baş ofisinin qarşısında izdiham yaranmışdı. 

Ən sərfəli kredit üçün müraciət et

BBC Azərbaycan-ın hadisə yerindən Bank Standard-ın əmanətçilərinin birindən aldığı müsahibə isə günə damğasını vurdu. Bir çoxlarının simasında gülümsəmə yaradan həmin sözügedən müsahibəni sizlərə təqdim edirik: 

Qeyd edək ki, Bankın 520 milyon manat əmanəti var. 460 milyon manatı qorunan əmanətdir. Bütövlükdə fiziki hesaba malik olan şəxslərin sayı 260 mindən artıqdır. Bunların da 40 minə yaxın əmanət hesabı var.

Ən sərfəli krediti almaq üçün müraciət et