Bank Respublika TƏCRÜBƏ PROQRAMI elan edir. | Banco.az

Bank Respublika TƏCRÜBƏ PROQRAMI elan edir.

Bank Respublika ASC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları üzrə istedadlı və motivasiyalı gənclər, universiteti yeni bitirmiş məzunlar üçün TƏCRÜBƏ PROQRAMI elan edir.

Bu proqramda iştirak etməklə, Siz xidmət sahəsi üzrə yeni bilik və bacarıqlara yiyələnmək, karyera qurmağa yönəlik, innovativ və sosial məqsədlər daşıyan təcrübə proqramından faydalanmaq şansı əldə edirsiniz.

Bank Respublika olaraq Sizə nə vəd edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək önə çıxa biləcəyiniz şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera başlanğıcı üçün zəruri hesab olunan fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Bank sektorunda karyera qurmaq təşəbbüslərinizi gerçəkləşdirmək imkanı;
  • Bank Respublika ASC-nin peşəkar komandasının bir üzvü olmaq şansı.

Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır?

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və idarəetmə istiqamətləri üzrə təhsil arzuolunandır);
  • Universiteti yeni bitirmiş məzunlara üstünlük verilir;
  • Azərbaycan dili (əla), Rus dili (yaxşı), İngilis dili (arzuolunandır);
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə və satış bacarığı;
  • Gülərüzlülük, səliqəlilik və xoş görkəm;
  • Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.

Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü gəncləri proqrama qoşulmağa dəvət edirik.

Ən sərfəli kredit üçün müraciət et

Maraqlanan şəxslərin öz CV-lərini 7 mart 2020-ci il tarixinədək [email protected] ünvanına, mövzu hissəsində “Təcrübə proqramı” yazmaqla göndərmələri xahiş olunur.