Bank “BTB” ASC Risklərin idarə edilməsi departamenti/Operativ nəzarət və monitorinq şöbəsi/Operativ nəzarət bölməsinin Aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.
İş barədə məlumat:
- Bank tərəfindən keçirilən bütün əməliyyatlar üzrə nəzarətin həyata keçirilməsi;
- Struktur bölmələrdə və fiallarda yoxlamaların aparılması, nəzarət sisteminin gücləndirilməsi ilə bağlı təkliflərin verilməsi;
- Bankda nəzarət prosesini gücləndirən yeni alət və mexanizmlərin hazırlanması və tətbiqi, həmçinin bu istiqamətdə müvafiq hesabat formalarının hazırlanması və buna dair təkliflərin verilməsi;
- Verilmiş kreditlərin qayda və proseduralara uyğunluğunun yoxlanılması;
- Nəzarət proseduralarının səmərəliyinin dəyərləndirilməsi ("preventiv" tədbirlər) və faktiki icrasının yoxlanılması ("detektiv" tədbirlər)
Namizədə tələblər:
- Ali təhsil;
- Bank sahəsində ən azı 2 il iş təcrübəsi (əməliyyat və kredit sahəsində çalışanlara üstünlük verilir)
- Dil bilikləri: Azərbaycan dili (mükəmməl), rus və ingilis dilləri (orta səviyyədə);
- Microsoft Office proqramları üzrə biliklər mükəmməl olması (Excel proqramını bilmək vacibdir)
- Bank fəaliyyətinə dair qanunvericiliyi bilmək;
- Analitik düşüncə;
- Stresə davamlılıq, müştərilərlə ünsiyyət qurma və komandada işləmək bacarığı;
- Bankın filiallarına və respublikanın bölgələrinə ezamiyyətə getmək imkanının olması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) 15.03.2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Operativ nəzarət bölməsinin Aparıcı mütəxəssisi) göstərməyiniz xahiş olunur.