Bank “BTB” ASC 2 yeni vakansiya elan edir.
1) İnformasiya Texnologiyaları departamentininin Sistem və şəbəkənin idarə edilməsi şöbəsinin baş mütəxəssisi
İş barədə məlumat:
- Microsoft texnologiyaları, Windows işçi stansiyaları üzrə bütün sinif, Windows Server 2008/2012/2016, Terminal Server, MS Active Directory, DNS, DHCP, WSUS;
- HP, IBM və Dell server avadanlıqları üzrə iş;
- Təhlükəsizlik sistemlərinin idarə edilməsi;
- Arxivləşdirmə texnologiyaları: Symantec, Veeam Backup&Replication;
- Virtuallaşma: VMware Vcenter, ESXi;
- Antivirus sistemləri ilə iş;
- İnfrastrukturun planlaşdırılması, inkişafı və yeni avadanlıqların alınması;
- Linux/Unix əməliyyat sistemi üzrə iş;
Namizədə tələblər:
- Ali təhsil;
- Banklarda İT sahəsində iş təcrübəsi;
- Azərbaycan, İngilis və Rus dillərində danışıq və yazı bacarığının olması;
- Ünsiyyətqurma və operativlik bacarığı;
- Analitik düşüncə;
- Yaradıcıdıq və təşəbbüskarlıq qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində 28 Fevral, 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Sistem və şəbəkənin idarə edilməsi şöbəsinin baş mütəxəssisi göstərməyiniz xahiş olunur.
2) Müştəri xidmətləri şöbəsinin baş mütəxəssisi
İş barədə məlumat:
- Bank “BTB” ASC-nin mövcud tariflərinə əsasən bütün növ bank məhsul və xidmətlərinin satışını təşkil etmək;
- Bank tərəfindən təqdim edilən bank məhsulları və xidmətlər (tariflər, əmanətlər, köçürmələr, plastik kartlar və s .) barədə məlumatları müştərilərə təqdim etmək;
- Fiziki şəxslərə, onların müraciət və qanunvericiliyə uyğun olaraq bütün növ hesabların müvafiq qaydada açmaq, bu hesablar üzrə əməliyyatları aparmaq və onları bağlamaq;
- Hüquqi şəxslərin hesablarında onların müraciətinə və qanunvericiliyə əsasən əməliyyatlar aparmaq;
- Müştərinin təqdim etdiyi ödəniş tapşırığının qəbul edilməsi, düzgün tərtib olunmasının yoxlanılması;
- Müştərinin istəklərinə və bankın mövcud şərtlərinə uyğun olaraq, plastik kartların sifarişini qəbul etmək, sistemə daxil edərək müvafiq sənədləri Bank Kartları şöbəsinə təqdim etmək;
- Bankın məhsul və xidmətlərində edilən dəyişiklik və əlavələr barədə müştəriləri məlumatlandırmaq;
- Təhkim olunmuş ödəniş sistemləri və təcili pul köçürmə sistemləri üzrə əməliyyatları həyata keçirmək.
Namizədə tələblər:
- Vahid komandada işləmək qabiliyyəti;
- Azərbaycan, rus dillərini bilmək;
- Gərgin əmək şəraitində işləmək qabiliyyəti;
- Müştərilərlə və əməkdaşlarla münasibətdə nəzakət nümayiş etmək və ünsiyyət qurmaq qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) 28.02.2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Müştəri xidmətləri şöbəsinin baş mütəxəssisi) göstərməyiniz xahiş olunur.