2010-cu ildə təsis edilmiş Bank “BTB”ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.
Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Kiçik və orta biznes kreditləri üzrə Baş mütəxəssis
İş barədə məlumat:
- Bankın kiçik, orta, iri kreditlərini və korporativ məhsullarını təbliğ etmək, banka müştəriləri cəlb etmək və bankı müştəri qarşısında təmsil etmək;
- Müştəri ilə sorğu keçirmək, müştərinin ərizəsini qəbul etmək, biznes sahəsinə ziyarətlər etmək, müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin təhlilini aparmaq, kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək, kredit sənədlərini kredit komitəsində təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmiləşdirmək;
- Kredit portfelini formalaşdırmaq və idarə etmək bacarığı;
- Kiçik, orta, iri və korporativ kreditlər sahəsində ümumi fəaliyyətə dair hesabatlar hazırlamaq;
- Kiçik, orta, iri kreditlər və korporativ məhsullar üzrə işin təkmilləşdirilməsinə dair təkliflər vermək.
Namizədə tələblər:
- Ali təhsil (iqtisadi və riyazi təhsilli olanlara üstünlük verilir);
- Kiçik orta sahibkarlıq kreditlər sahəsində ən azı 2 il iş təcrübəsi;
- Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
- Problemləri həll etmə bacarıqları;
- Satış bacarıqları;
- MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) 28 Fevral, 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Kiçik və orta biznes kreditləri üzrə Baş mütəxəssis) göstərməyiniz xahiş olunur.
Müştəri xidmətləri şöbəsinin aparıcı mütəxəssisi
İş barədə məlumat:
- Bank “BTB” ASC-nin mövcud tariflərinə əsasən bütün növ bank məhsul və xidmətlərinin satışını təşkil etmək;
- Bank tərəfindən təqdim edilən bank məhsulları və xidmətlər (tariflər, əmanətlər, köçürmələr, plastik kartlar və s .) barədə məlumatları müştərilərə təqdim etmək;
- Fiziki şəxslərə, onların müraciət və qanunvericiliyə uyğun olaraq bütün növ hesabların müvafiq qaydada açmaq, bu hesablar üzrə əməliyyatları aparmaq və onları bağlamaq;
- Hüquqi şəxslərin hesablarında onların müraciətinə və qanunvericiliyə əsasən əməliyyatlar aparmaq;
- Müştərinin təqdim etdiyi ödəniş tapşırığının qəbul edilməsi, düzgün tərtib olunmasının yoxlanılması;
- Müştərinin istəklərinə və bankın mövcud şərtlərinə uyğun olaraq, plastik kartların sifarişini qəbul etmək, sistemə daxil edərək müvafiq sənədləri Bank Kartları şöbəsinə təqdim etmək;
- Bankın məhsul və xidmətlərində edilən dəyişiklik və əlavələr barədə müştəriləri məlumatlandırmaq;
- Təhkim olunmuş ödəniş sistemləri və təcili pul köçürmə sistemləri üzrə əməliyyatları həyata keçirmək.
Namizədə tələblər:
- Bank sektoru üzrə Müştəri xidmətləri sahəsində minimum 1 il iş təcrübəsi;
- Vahid komandada işləmək qabiliyyəti;
- Azərbaycan, rus dillərini bilmək;
- Gərgin əmək şəraitində işləmək qabiliyyəti;
- Müştərilərlə və əməkdaşlarla münasibətdə nəzakət nümayiş etmək və ünsiyyət qurmaq qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) 28.02.2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Müştəri xidmətləri şöbəsinin aparıcı mütəxəssisi) göstərməyiniz xahiş olunur.