2020-ci il noyabrın 1-dək Azərbaycanın paytaxtında və regionlarda bank kreditləşməsinin məbləği 14,41 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çoxdur.
Bu barədə Mərkəzi Bankın statistik bülleteninə istinadən məlumat verir.
Hesabata əsasən, noyabrın əvvəlinədək Bakıda 11,5 milyard manat kredit verilib. Bu, regionlardan dörd dəfə çoxdur. Paytaxtda milli valyutada verilən kreditlərin həcmi 7,2 milyard manat (ümumi kredit həcminin 62,5 faizi) təşkil edib.
Azərbaycanda kreditlər üzrə orta illik faiz dərəcəsi bütün ölkədə 11,05 faiz, Bakıda 9,19 faiz təşkil edib.
Azərbaycanda regionlar üzrə kreditlərin paylanması (1 noyabr 2020-ci ilədək):
Kreditləşmə həcmi (min manat) |
Orta faiz dərəcəsi (faiz) |
Ümumi kredit həcmində payı, faiz |
|
Azərbaycan |
14 409 315 |
11,05 |
100 |
Bakı |
11 517 126 |
9,19 |
79,9 |
İqtisadi rayonlar, o cümlədən: |
2 892 189 |
20,1 |
|
Abşeron |
484 096 |
15,42 |
3,4 |
Aran |
736 558 |
21,37 |
5,1 |
Dağlıq Şirvan |
68 030 |
21,95 |
0,5 |
Gəncə-Qazax |
619 982 |
18,08 |
4,3 |
Quba-Xaçmaz |
213 210 |
18,2 |
1,5 |
Lənkəran |
261 016 |
20,59 |
1,8 |
Şəki-Zaqatala |
244 876 |
15,64 |
1,7 |
Yuxarı Qarabağ |
59 414 |
23,49 |
0,4 |
Kəlbəcər-Laçın |
0 |
0 |
0 |
Naxçıvan |
205 008 |
14,58 |
1,4 |
Trend
Bizi sosial şəbəkələrdən izləyin!!