Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) ötən il lisenziyası ləğv edilmiş 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.
Fonddan verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 724,183 mln. manat ödənilib.
Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 43,137 mln. manat, “Zaminbank” ASC - 53,389 mln. manat, “Kredobank” ASC - 27,77 mln. manat, “Dekabank” ASC - 3,086 mln. manat, “Atrabank” ASC - 14,271 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,974 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,161 mln. manat, “Gəncəbank” ASC - 976 min manat, “Texnikabank” ASC - 120,428 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 434,991 mln. manat kompensasiya alıblar.
Mənbə: Report.az