“Azsığorta” ASC-nin Direktorlar Şurasına yeni sədr təyin edilib. Bu vəzifəyə Viladi Maniyev gətirilib.
O, bundan əvvəl “Qala Sığorta” ASC-nin İdarə Heyətinin sədri olub. V.Maniyev yeni vəzifəsində Aleksandr Kananadzeni əvəz edib.
Qeyd edək ki, A.Kananadze bu ilin sentyabr ayında işdən çıxıb. Onun vəzifəsini müvəqqəti olaraq Tariyel Rüstəmov icra edib.
Xatırladaq ki, "Azsığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20,3 mln. manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova ("Bank of Baku" ASC-nin 31,11%-lik səhmdarı) məxsusdur.
Mənbə: Report.az