Azərbaycanın strateji valyuta ehtiyatı 73,5 milyard dollara yaxınlaşıb | Banco.az

Azərbaycanın strateji valyuta ehtiyatı 73,5 milyard dollara yaxınlaşıb

Azərbaycanın strateji valyuta ehtiyatı 73 milyard 493.4 milyon dollara yüksəlib. Bu isə tarixi maksimum göstəricidir.

Son açıqlanan rəqəmlərə görə, strateji valyuta ehtiyatlarının 61 milyard 697.6 milyon ABŞ dolları Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta ehtiyatlarıdır. Bunun 11 milyard 795.8 milyon dollarını isə son dövrlər artmaqda davam edən Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları təşkil edir

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ilin əvvəlindən strateji valyuta ehtiyatları 8.6 faiz və ya 5 milyard 810.7 milyon dollar artıb.

apa